Şəhidlərimizin ADLARI

Şəhidlərimizin ADLARI
  01 Avqust 2014    Oxunub:18648
Düşmənlə atışmada Azərbaycan Ordusunun daha 4 hərbçisi yaralanıb.
Ötən gün cəbhə xəttində şəhid olmuş Azərbaycan hərbçilərindən hamısının adı məlum olub.

AzVision.az-ın APA-ya istinadən verdiyi məlumata görə, düşmənin həmləsini dəf edərkən Azərbaycan Ordusunun adları aşağıda qeyd olunan hərbçiləri şəhid olub:

- Qazax rayonundan hərbi xidmətə çağırılmış gizir, 1977-ci il təvəllüdlü Almazov İsə Ziyad oğlu
- Şirvan şəhərindən hərbi xidmətə çağırılmış, müddətdən artıq hərbi xidmət keçən Elvin Əsgərov
- Masallı rayonundan hərbi xidmətə çağırılmış əsgər Əli Rəhimov
- Xaçmaz rayonundan hərbi xidmətə çağırılmış Mustafa Əlicoşqunov
- Salyan rayonundan hərbi xidmətə çağırılmış Səftər Məmmədov
- Quba rayonundan hərbi çağırılmış Elnur İbrahimov
- Tovuz rayonundan hərbi xidmətə çağırılmış Vüqar Poladov
- Ağdam rayonundan hərbi xidmətə çağırılmış, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, 1992-ci il təvəllüdlü əsgər Əhmədov Qaryağdı Eldar oğlu

Düşmənlə atışmada Azərbaycan Ordusunun daha 5 hərbçisi yaralanıb. Yaralıların adı dəqiqləşdirilir.




Teqlər:  





Xəbər lenti