Dərbənddəki azərbaycanlılar etiraza qalxdılar

Dərbənddəki azərbaycanlılar etiraza qalxdılar
  31 İyul 2014    Oxunub:894
Dünən Dərbənddə mindən çox azərbaycanlı etiraz aksiyası keçirib.
AzVision.az xəbər verir ki, bu barədə Lent.az-a Dərbənddəki mənbələrdən bildirilib. Etiraza səbəb Dağıstan respublikasının prezidenti Ramazan Abdulatipovun Dərbənd rayon administrasiyasının başçısı, milliyyətcə azərbaycanlı olan Qurban Qurbanovun işdən çıxarması olub.

Mənbənin bildirdiyinə görə, etiraz aksiyasını uzun sürən xahiş və yalvarışlardan sonra Q. Qurbanovun qardaşı Məhəmməd Qurbanov sakitləşdirə bilib.

Sabah Dərbəndin Məmmədqala kəndində hadisə ilə bağlı növbəti etiraz aksiyası keçiriləcək.

Qeyd edək ki, bu, R. Abdulatipovun Dərbəndəki azərbaycanlılara qarşı ikinci oxşar addımıdır. Daha əvvəl o, Dağısatanın Azərbaycandakı nümayəndəsi Məhəmməd Qurbanovu işdən çıxarmıdı.


Teqlər:  





Xəbər lenti