Merkel hüquq müdafiəçisini dəlixanaya qapadır

  22 Aprel 2013    Oxunub : 499
Merkel hüquq müdafiəçisini dəlixanaya qapadır
...Həm də Azərbaycana görə...
Məşhur Alman hüquq müdafiəçisi Yorq Henzel hüquqi və demokratik ölkələrdə indiyədək görünməmiş təqiblə üzləşib.

Məşhur Alman hüquq müdafiəçisi, "İnsan Hüquqları" Azərbaycan QHT-sinın eksperti, bir neçə ay bundan öncə “Avropanın süqutu” məruzəsində əks olunan Almaniyada insan hüquqlarının vəziyyəti barədə Azərbaycan hüquq müdafiəçisi Eynulla Fətullayevlə həmrəy olan Yorq Henzel hüquqi və demokratik ölkələrdə indiyədək görünməmiş təqiblə üzləşib. Almaniya hakimiyyəti Yorq Henselin BMT-nin İnsan Haqları Komitəsində qarşıdakı iştirakından narahat olaraq, hüquq müdafiəçisinə təzyiq etməyə başlayıb.

AFR hakimiyyəti alman hüquq müdafiəçisi Yorq Henzelin aktivliyindən narahat olaraq, inteqrativ Psixiatriya mərkəzinin (Zentrums für İntegrative Psychiatrie) aparıcı eksperti, doktor Huhsermayeri bu işə qatmaq məcburiyyətində qalıb. O, Kil şəhər prokurorluğunun əmrilə mayın 10-da hüquq müdafiəçisinin təcili psixiatrik müayinəsin keçirməlidir.

İnsan hüquqları müdafiəçisi Yorq Henselin təqibi onun türk jurnalistlərinin söz azadlığını və onların “NSU” işində iştirakını dəstəkləməsinə görə baş verir.

Hüquq müdafiəçisi Yorq Hensel uzun müddətdən bəri şəhər polisi və Şlezviq-Qolşteyn federal dövlət prokurorluğu tərəfindən ona görə təqiblərə məruz qalır ki, öz çıxışlarında avropa insan hüquqlarına və informasiya əldə etmək azadlığına diqqət yetirir və Almaniya KİV-ində plüralizm lehinə çıxış edir.

Yorq Hensel yazılı müraciətlər və şikayətlərlə beynəlxalq ictimaiyyətin nümayəndələrinə NSU prosesində iştiraka və Almaniya hakimiyyətinin insan hüquqlarını pozmasını ifşa etməyə çalışırdı. İndi o və ailəsi açıq şəkildə Almaniya prokurorluq və dövlət polisi tərəfindən təqib olunma hiss edir.

Prokurorluq Almaniya həkimlərinin hakimiyyətə sadiqliyindən istifadə edərək, hüquq müdafiəçisini qapalı psixiatriya xəstəxanasına yerləşdirmək istəyir. Bununla da onlar hakimiyyəti davamlı tənqidə son qoymaq və Almaniyada insan hüquqları uğrunda digər mübarizləri qorxutmaq istəyirlər. Almaniyada bu, çox yayılmış bir üsuldur.

Qustl Mollatın işində də bu üsuldan istifadə olunmuşdu. O, vəsaitlərin kütləvi şəkildə özəl investorlar tərəfindən HypoVereinsbankdan İsveçrəyə göndərilməsi kimi böyük maliyyə fırıldaqçılıq sxemini aşkara çıxardığına görə alman məhkəməsi tərəfindən “lazımi” tibbi ekspertiza vasitəsilə cəmiyyət üçün təhlükəli hesab olunaraq, xüsusi təhlükəli cinayətkarlar üçün nəzərdə tutulan Bayrot psixiatrik xəstəxanasına salınmışdır və 7 ildir ki, günahsız olaraq orada yatır.

Harri Murrey
Köln hüquq müdafiəsi mərkəzinin rəhbəri

Teqlər: