Bakı-Tiflis-Qars dəmiryolu xəttində müthiş oğurluq

Bakı-Tiflis-Qars dəmiryolu xəttində müthiş oğurluq
  24 İyul 2014    Oxunub:1177
Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttində mazut oğurlanması faktı aşkarlanıb.
AzVision.az-ın məlumatına görə, Qars vilayətinin Arpaçay rayonunda Bakı-Tbilisi-Qars (BTQ) dəmiryolu xəttinin salınmasında istifadə olunan sement daşıyan maşınlar tikinti yerindən mazut oğurluğu ilə məşğul olublar.

İddiaya görə, BTQ xəttinin Gürcüstan və Azərbaycan hissəsində işləyən podratçı “BAYÇEL” firmasına məxsus maşınlar avtomobilin gizli bölmələrində tikinti yerindən maye yanacağı oğurlayublar. Oğurladıqları yanacağı isə bölgədəki şirkətlərə satıblar.

Bundan xəbər tutan Arpaçay sakinləri məsələ ilə bağlı Qars prokurorluğuna müraciət edib və iddia öz təsdiqini tapıb. Hazırda faktla bağlı araşdırma davam edir.

Sevinc İltifatqızı, Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti