Lara Fabian Bakıya gəlir

Lara Fabian Bakıya gəlir
  22 Aprel 2013    Oxunub:1360
Məşhur belçikalı müğənni Lara Fabian Cənubi Qafqaz Forumunda iştirak edəcək
Bu barədə AzVision.az-a Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətidən məlumat veriblər. Komitənin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun birgə təşkilatçılığı ilə keçirilən Cənubi Qafqaz Forumunda iştirak etmək üçün məşhur belçikalı müğənni Lara Fabian Azərbaycana səfər edəcək.

Lara Fabian tədbirin əsas günündə Qlobal Liderlər Şurasının təsis olunması ilə bağlı xüsusi konsert verəcəkdir.

Mayın 6-8-də Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun birgə reallaşdırdığı Cənubi Qafqaz Forumu dünyanın 60-dan çox ölkəsindən 400-ə yaxın beynəlxalq mütəxəssisləri, 50-dən çox sabiq ölkə və hökumət başçılarını bir yerə toplayacaqdır.

Forumun əsas tərəfdaşları, Diasporla İş üzrə Dövlət Komitəsi, İsgəndəriyyə Kitabxanası, Foundation for Peace, Gəncə şəhər İcra Hakimiyyəti və Qlobal Liderlər Şurasıdır.

Lara Fabianın video müraciəti:




Teqlər:  





Xəbər lenti