Türk zabitlərə Bakıda mükafat verildi - FOTO

Türk zabitlərə Bakıda mükafat verildi - FOTO
  22 İyul 2014    Oxunub:724
Türkiyə Respublikasının Jandarm Qüvvələrinin zabitləri “Fərman”la təltif olunub.
AzVision.az-ın məlumatına görə, Türkiyə Respublikasının Jandarm Qüvvələrinin Daxili Qoşunlarda xidməti ezamiyyətdə olan daha bir heyətinin fəaliyyət müddəti başa çatıb.

Bu münasibətlə daxili işlər nazirinin müavini-Daxili Qoşunların komandanı, general-mayor Şahin Məmmədov heyətlə görüşüb.

Türkiyəli zabitləri salamlayan general-mayor Ş.Məmmədov xidməti ezamiyyətini başa vurub qoşunların hərbi hissələrində çalışmış doqquz nəfərdən ibarət müəllim heyətinə göstərdikləri köməkliyə görə minnətdarlığını bildirib.

Komandan ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1997-ci il oktyabrın 31-də Türkiyə Respublikası Hökuməti ilə Azərbaycan Respublikası Hökuməti arasında imzalanmış protokoldan danışaraq iki qurum arasındakı sıx əsgəri qardaşlıq münasibətlərinin gündən-günə dərinləşdiyini vurğulayıb. Ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” müdrik kəlamını xatırladan Daxili Qoşunların komandanı qardaş Türkiyə Respublikasının Jandarm Təşkilatının Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarına təlim-tədris sahəsində göstərdiyi köməkliyin bunun bariz nümunəsi olduğunu nəzərə çatdırıb.

Türkiyəli müəllim heyəti onlara göstərilən diqqətə görə Daxili Qoşunların komandanına dərin minnətdarlığını ifadə edib.
Xidməti fəaliyyət müddətində qardaş münasibətini hiss etdiklərini deyən heyət üzvləri Daxili Qoşunlara daima köməklik göstərməyə hazır olduqlarını bildiriblər.

Görüşdə general-mayor Ş.Məmmədov Jandarm Qüvvələrinin zabitlərini “Fərman”la mükafatlandırıb.


Teqlər:





Xəbər lenti