Ürəyindən bıçaqlanan gəncin qatili tapıldı

Ürəyindən bıçaqlanan gəncin qatili tapıldı
  19 İyul 2014    Oxunub:747
Daxili işlər və prokurorluq orqanlarının əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Sabunçu rayonunda törədilmiş qətlin “isti izlər”lə açılması və onun törədilməsində şübhəli bilinən şəxsin tutularaq məsuliyyətə cəlb olunması təmin edilib.
Baş Prokurorluğun mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, iyulun 12-də 20-25 yaşlarında şəxsiyyəti istintaqa məlum olmayan üzərində zorakılıq əlamətləri olan kişi meyiti aşkar edilib.

Fakta bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Aparılmış istintaqla qətlə yetirilmiş şəxsin 1994-cü il təvəllüdlü, Salyan şəhər sakini Xudiyev Nurlan Xudaverdi oğlu olması müəyyən edilib.

Həyata keçirilmiş tədbirlər nəticəsində cinayəti törətməkdə şübhəli bilinən 1994-cü il təvəllüdlü, Bakı şəhər sakini Məcidli Zamin Tofiq oğlu iyulun 19-da tutulub. Z.Məcidli sübhəli şəxs qismində dindirilərkən törətmiş olduğu cinayəti etiraf edərək cinayətin aləti olan mətbəx bıçağını və N.Xudiyevin üzərində olmuş fotoşəkilləri yaşadığı evin həyətində basdırdığını bildirib. Onun ifadəsi yerində yoxlanılarkən həmin bıçaq və fotoşəkillər aşkar edilərək götürülüb.

İş üzrə çoxsaylı şahid ifadələri alınıb və müvafiq ekspertizalar təyin edilib.

Hazırda istintaq tədbirləri davam etdirilir.


Teqlər:  





Xəbər lenti