Ruslar Tartusdan çıxmayıblar

   Ruslar Tartusdan çıxmayıblar
  11 Dekabr 2024    Oxunub:477
Rusiya hərbi gəmiləri Suriyanın Tartus limanındakı hərbi-dəniz bazasını tərk etsə də, sahilin yaxınlığında qalıblar.

AzVision.az xəbər verir ki, “BlackSky” və “Planet Labs” peyk görüntülərinə istinad edən “Reuters” agentliyi belə məlumat yayıb.

Görüntülərə əsasən, Rusiyanın əvvəl Tartusda beş suüstü gəmisi və bir sualtı qayığı olub. Dekabrın 9-da peykdən çəkilən görüntülər döyüş gəmilərinin Tartusdan ayrılaraq sahildə mövqelər tutması barədə məlumatları təsdiqləyir. Rusiya donanması dekabrın 6-dan 9-a qədər dəniz bazasını tərk edib.

“Rusiyanın sahilyanı Latakiya şəhərində böyük hava bazası və Tartusda hərbi dəniz obyekti var”, - agentlik bildirib.

Yeri gəlmişkən, “The Financial Times (FT)” nəşri də çərşənbə axşamı peykdən çəkilmiş görüntülərdə rus qoşunlarının Tartus dəniz bazasından və ya Latakiya yaxınlığındakı Xmeymim aviabazasından geri çəkilməsinə dair heç bir əlamətləri olmadığını yazıb.

Halbuki, bundan əvvəl Ukraynanın Baş Kəşfiyyat İdarəsi (BKİ) bəyan etmişdi ki, gəmilərdən və hərbi nəqliyyat təyyarələrindən istifadə edən ruslar onlara qoşun, silah və texnikanın qalıqlarını yükləyərək Suriyadan Rusiyaya qayıdırlar.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Rusiya   Tartus   çıxmaq  





Xəbər lenti