Gürcü "Maydan"ı olmayacaq - Kobaxidze
“Dünən aydın oldu ki, radikallar və onların xarici himayədarları hər zaman ölkəni parçalamaq və Gürcüstanı Ukraynaya çevirmək üçün bəhanə tapmağa çalışırlar. Amma unudurlar ki, Gürcüstan güclü təsisatları və ən əsası, təcrübəli, müdrik insanları olan, heç kimin gücünü sarsıda bilməyəcəyi müstəqil dövlətdir”.
Qeyd edək ki, Gürcüstanda etiraz aksiyaları üç gündür davam edir və nümayişçilərin dağıdılması ilə yekunlaşır. Müxalifət tərəfdarları Gürcüstan hakimiyyətinin noyabrın 28-də ölkənin Avropa İttifaqına daxil olması ilə bağlı danışıqların başlanmasını 2028-ci ilə qədər gündəmdən çıxarmaq qərarına etiraz edirlər.
Teqlər: Gürcüstan