Müəllimlərin ərizə qəbulu başa çatdı

Müəllimlərin ərizə qəbulu başa çatdı
  16 İyul 2014    Oxunub:854
Azərbaycanda müəllimlərin işə qəbulu üzrə elektron ərizələrin qəbulu başa çatıb.
Təhsil Nazirliyindən verilən xəbərə görə, iyulun 1-dən başlayan müəllimlərin işə qəbulu üzrə elektron ərizələrin qəbulu dünən (15 iyul) saat 18:00-da başa çatıb.

Bu gündən etibarən imtahan qrupları formalaşdırılacaq, hər bir müsabiqə iştirakçısının “Şəxsi səhifə”sinə imtahanın vaxtı və yeri barədə məlumat göndəriləcək. Bu proses isə iyulun 19-dək davam edəcək. Müəllimlərin işə qəbulu üzrə imtahanlara iyulun 21-dən başlanılması nəzərdə tutulub.

Qeyd edək ki, bu il təhsil nazirinin “Ümumi təhsil müəssisələrinə və peşə liseylərinə müəllimlərin işə qəbulunun tənzimlənməsi haqqında” əmrinə uyğun olaraq keçirilən müsabiqəyə 2974 vakant yer çıxarılıb. Müsabiqəyə Bakı şəhəri üzrə 293 vakant yer təqdim edilib. Bölgələrdən isə ən çox vakant yer Lerik (236), Quba (223), Cəlilabad (165), İmişli (103) və Gədəbəy (100) rayonları üzrə müəyyənləşdirilib. Kimya (379), biologiya (370), fizika (352), coğrafiya (335), riyaziyyat (225) fənləri və ibtidai siniflər (303) üzrə vakansiyalar üstünlük təşkil edir.


Teqlər:





Xəbər lenti