Ramil Usubovdan rəisə dəyərli hədiyyə

Ramil Usubovdan rəisə dəyərli hədiyyə
  09 İyul 2014    Oxunub:867
Bu gün Daxili İşlər Nazirliyi (DİN) Daxili Qoşunlarının Ali Hərbi Məktəbinə döyüş bayrağının təqdim olunmasına və Orta İxtisas Hərbi Məktəbinin məzunlarının buraxılışına həsr edilmiş təntənəli mərasim keçirilib.
AzVision.az-a DİN-in mətbuat xidmətindən daxil olan məlumata görə, tədbirdə respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov iştirak edib.

Əvvəlcə daxili işlər nazirinin qarşılanması olub, nazir müavini - Daxili Qoşunların komandanı, general-mayor Şahin Məmmədov general-polkovnik R.Usubova şəxsi heyətin mərasimə hazır olması barədə raport verib. Nazir şəxsi heyəti salamlayıb, əlamətdar hadisələr münasibətilə onları təbrik edib.

Ümummilli lider Heydər Əliyevin və Vətən uğrunda döyüşlərdə həlak olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra mərasim açıq elan olunub.

Daxili işlər naziri ölkə Prezidentinin müvafiq fərmanı ilə verilmiş döyüş bayrağını Ali Hərbi Məktəbin rəisi, general-mayor İlqar Məmmədova təqdim edib. Azərbaycanın Dövlət himni səsləndirilib.

Məzunlar adından çıxış edən leytenant Nurlan Məmmədov tədris müddətində aldıqları mükəmməl təhsilə, əldə etdikləri zəruri bilik və praktik vərdişlərə, yüksək diqqət və qayğıya görə Daxili İşlər Nazirliyinin rəhbərliyinə və Ali Hərbi Məktəbin pedaqoji kollektivinə minnətdarlığını bildirib, onlara göstərilən etimadı əməli fəaliyyətləri ilə doğruldacaqlarına söz verib.

Nazir müavini - Daxili Qoşunların komandanı, general-mayor Ş.Məmmədov çıxış edərək respublikamızda milli hərbi kаdrlаrın hаzırlаnmаsı istiqаmətində əhəmiyyətli addımların atıldığını, bu məqsədlə ölkə Prеzidеnti cənab İlhаm Əliyеvin göstərişi ilə səkkiz il öncə Dахili Qоşunlаrın Оrtа İхtisаs Hərbi Məktəbinin yaradıldığını vurğulayıb.
O deyib ki, artıq 4-cü dəfə buraxılışı olan Оrtа İхtisаs Hərbi Məktəbində hazırlanan kadrlar hərbi hissə və bölmələrin döyüş hazırlığının daim yüksək saxlanılmasında, qarşıya qoyulmuş tapşırıqların yerinə yetirilməsində öz bilik və bacarıqlarını əsirgəməyərək Daxili Qoşunların döyüş ənənənlərinə sadiq olduqlarını nümayiş etdiriblər.

Məhz kadr potensialının daha da gücləndirilməsi məqsədilə dövlət başçısının 25 fevral 2011-ci il tarixli sərəncamı ilə Orta İxtisas Hərbi Məktəbinin əsasında Daxili Qoşunların Ali Hərbi Məktəbi yaradılıb. Qeyd olunub ki, DİN rəhbərliyinin, şəxsən nazirin хüsusi nəzаrət və qаyğısı sаyəsində Ali Hərbi Məktəb qısа bir müddətdə fəаliyyəti üçün zəruri olan bütün şərait və maddi-texniki tədris bazası ilə tam təmin edilib, ötən dövr ərzində burada tədris olunan dərslərin, prаktiki və səhrа təlimlərinin kеyfiyyəti qənаətbəхş оlub, günün tələblərinə cаvаb vеrib. Məruzəçi peşəkar kadr hazırlığındakı yardıma və bu yöndəki xüsusi səylərinə görə Türkiyənin Jаndаrm Bаş Kоmаndаnlığınа da minnətdаrlığını bildirib.

Sonra daxili işlər naziri, general-polkovnik R.Usubov ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təbriklərini və xoş arzularını şəxsi heyətə çatdırıb.

Nazir ümummilli lider Heydər Əliyevin ordu quruculuğu çərçivəsində Daxili Qoşunların təkmilləşməsinə də böyük önəm verdiyini, məhz ulu öndərin xüsusi diqqət və qayğısı ilə onun formalaşıb inkişaf etdiyini, yüksək döyüş hazırlığı olan peşəkar və mobil bir quruma çevrildiyini məmnunluqla vurğulayıb. R.Usubov bildirib ki, ümummilli liderin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Silahlı Qüvvələrin tərkib hissəsi olan Daxili Qoşunların fəaliyyətinin təkmilləşdirilməsinə, peşəkarlığının yüksəldilməsinə daim diqqət və qayğı göstərir, ümumilikdə, Silahlı Qüvvələrin döyüş hazırlığının artırılmasını dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi qiymətləndirir.

Məhz möhtərəm dövlət başçısının tələb və göstərişlərinin, xüsusi diqqət və qayğısının nəticəsi olaraq, bu gün Daxili Qoşunlar qarşıya qoyulan istənilən döyüş tapşırığını layiqincə yerinə yetirməyə qadirdir. Təsadüfi deyil ki, Daxili Qoşunlar milli mənafelərimizin keşiyində ayıq-sayıq dayanır və ölkədə daxili sabitliyin dönməzliyinin qorunmasında əsas qüvvələrdən birinə çevrilib. Daxili işlər naziri Daxili Qoşunların peşəkar kadr özəyinin formalaşmasında Türkiyə Silahlı Qüvvələrinin, o cümlədən Jandarm Baş Komandanlığının rolunu xüsusi qeyd edib, şəxsi heyətin yüksək döyüş hazırlığına görə Daxili Qoşunların Komandanlığına minnətdarlığını bildirib.

Nazir Daxili Qoşunların torpaqlarımızın müdafiəsində fədakarlıq göstərdiyini, yüzlərlə şəhid verdiyini, sonrakı illərdə ölkəmizdə müstəqilliyin, daxili sabitliyin qorunmasında əzmkarlıq nümayiş etdirdiyini, yüksək peşəkarlığa və mənəvi-psixoloji hazırlığa malik olduğunu məmnunluqla vurğulayıb. O deyib ki, ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin dəfələrlə hərbi hissələrdə olması, şəxsi heyətin sosial-məişət şəraiti ilə yaxından maraqlanması və göstərdiyi qayğı hərbi qulluqçuların döyüş ruhunun yüksəlməsinə təkan verir, onların Vətənə, xalqa xidmət əzmini daha da artırır. İctimai asayişin qorunmasında və qarşıya qoyulmuş tapşırıqların yerinə yetirilməsində fərqlənən şəxsi heyətin fədakar əməyi ölkə başçısı tərəfindən həmişə yüksək qiymətləndirilir, hərbi qulluqçular müxtəlif dövlət mükafatları ilə təltif olunur.

Qeyd olunub ki, son illərdə Daxili Qoşunların maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində bir sıra məqsədyönlü tədbirlər həyata keçirilib. Bakı qarnizonunda, eləcə də regionlarda yerləşən hərbi hissələrdə abadlıq-quruculuq işləri aparılıb, yeni hərbi şəhərciklər, o cümlədən əsgər kazarmaları tikilmiş, zabitlər, gizirlər üçün hər bir şəraitə malik yaşayış kompleksləri istifadəyə verilib.

Sonda daxili işlər naziri şəxsi heyətin fəaliyyətini hər zaman yüksək qiymətləndirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı zati-aliləri cənab İlham Əliyevə dərin minnətdarlığını bildirib və onu əmin etmişdir ki, Daxili Qoşunların hərbi qulluqçuları qarşıya qoyulan bütün vəzifələri və tapşırıqları bundan sonra da yüksək səviyyədə yerinə yetirəcək, göstərilən ali diqqət və böyük etimadı xalqına, Vətəninə, dövlətinə və Prezidentinə sədaqətli xidməti ilə doğruldacaq.

Sonra məzunlara diplomlar təqdim olunub.

Məktəbi fərqlənmə ilə bitirmiş leytenant Seymur Mehrəliyev "Yaş kötüyü"nə xatirə lövhəsini vurub.

Tədbirin rəsmi hissəsi "Ali Hərbi Məktəbin marşı"nın sədaları altında şəxsi heyətin tribuna önündən təntənəli keçidi ilə başa çatıb.


Teqlər:





Xəbər lenti