Sumqayıtda 50 nəfər təxliyə olundu

Sumqayıtda 50 nəfər təxliyə olundu
  19 Aprel 2013    Oxunub:1151
Yanğın Sumqayıt şəhərində vətəndaşa məxsus ümumi sahəsi 58 kv.m olan 2 otaqlı mənzildə baş verib
AzVision.az Fövqəladə Hallar nazirliyinin saytına istinadən xəbər verir ki, Sumqayıt şəhərində vətəndaşa məxsus ümumi sahəsi 58 kv.m olan 2 otaqlı mənzilin yanar konstrukssiyaları və ev əşyaları yanıb.

Qonşu mənzillər yanğından mühafizə olunub. Yanğın zamanı yuxarı mərtəbələrdən 50 nəfər bina sakini təxliyə olunub. Yanğın saat 04:28-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər:  





Xəbər lenti