Prezident Obamaya başsağlığı verdi

Prezident Obamaya başsağlığı verdi
  18 Aprel 2013    Oxunub:1372
Azərbaycan Prezidenti İlham Əliyev ABŞ prezidenti Barak Obamaya başsağlığı məktubu göndərib.
“Hörmətli cənab Prezident,

Texas ştatındakı mineral gübrə istehsalı zavodunda baş vermiş partlayış nəticəsində insanların həlak olması və xəsarət alması, eləcə də dağıntılar barədə xəbər məni son dərəcə sarsıtdı.
Bu faciə ilə əlaqədar dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Amerika xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulayıram”-deyə ölkə başçısının məktubunda qeyd olunub.


Teqlər:  





Xəbər lenti