Universitetlərə tələbə düzəldən şəxslər həbs olunub

Universitetlərə tələbə düzəldən şəxslər həbs olunub
  18 Aprel 2013    Oxunub:1202
Qanunsuz tələbə qəbulunu təşkil edən müəssisələrin vəzifəli şəxslərinin qanunazidd əməlləri ifşa edilib
Bu barədə AzVision.az-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat veriblər. Bildiriblər ki, vətəndaşların ali təhsil müəssisələrinə qanunsuz qəbulunu təşkil edən müəssisələr barədə Təhsil Nazirliyindən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində araşdırılıb.

Müəyyən edib ki, Bakı şəhərində fəaliyyət göstərən “İNFO-RTM” MMC və “İnnovasiya” MMC-nin vəzifəli şəxsləri qulluq səlahiyyətlərindən qulluq mənafelərinə qəsdən zidd olaraq 2009-2010-cu illərdə Rusiya Federasiyasının İnformasiya Texnologiyaları İnstitutunun vasitəçiliyi ilə 400-ə yaxın ölkə vətəndaşlarının müxtəlif ixtisaslar üzrə Rusiya Dövlət Maşınqayırma İnstitutuna, 500-ə yaxın vətəndaşın isə Rusiya Federasiyasının Humanitar Akademiyasına qanunsuz qəbulunu təşkil etməklə vətəndaşların və hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurublar.

Fakta görə Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.


Teqlər:  





Xəbər lenti