Venesuelada siyasi böhran dərinləşir

Venesuelada siyasi böhran dərinləşir
  18 Aprel 2013    Oxunub:1147
Prezident seçkilərinin nəticələri ləğv edilə bilər.
Venesuelada prezidentliyə demokrat namizəd Enrike Kapriles seçkinin nəticələri ilə razılaşmayaraq, səslərin yenidən sayılması ilə bağlı MSK-ya rəsmi müraciət edib. Kapiriles açıqlamasında bildirib ki, Simon Bolivar komandasının hakimiyyətdən getməsinin vaxtı çatıb.

Onlar indi çıxılmaz vəziyyətdədirlər. Əsaslı faktları dana bilməzlər. Səslərin yenidən sayılması isə həqiqəti ortaya çıxaracaq. Xatırladaq ki, daha əvvəl də seçkinin qalibi sosialist Nikolas Maduro səslərin yenidən sayıla biləcəyini açıqlayıb.

Qeyd edək ki, Maduro seçkilərdə 51 faiz, müxalifətin namizədi Enrike Kapriles 49 faiz səs toplayıb.

Səbinə Həsənova
AzVision.az



Teqlər:





Xəbər lenti