Nazir itkin düşən şagirdlərdən danışdı

Nazir itkin düşən şagirdlərdən danışdı
  18 Aprel 2013    Oxunub:1007
“Əksər hallarda da onlar sonradan sağ-salamat tapılaraq öz evlərinə qaytarılıblar”.
“Belə hallara münasibətim çox mənfidir.Çox təəssüf edirəm ki, belə hallar var”.AzVision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Təhsil naziri Misir Mərdanov son günlər bir neçə məktəblinin itkin düşməsi faktına münasibət bildirib. Nazir bildirib ki, əvvəlki illərdə də belə hallar olub.

“Əksər hallarda da onlar sonradan sağ-salamat tapılaraq öz evlərinə qaytarılıblar. İnanıram və arzu edirəm ki, bu dəfə də uşaqlar sağ-salamat öz evlərinə qayıdacaqlar".

Təhsil naziri bildirib ki, uşaqlıq və gənclik yaşlarında belə hallar olur, amma hər kəs belə halların olmamasına çalışmalıdır. M.Mərdənovun sözlərinə görə, bu məsələdə əsas məsuliyyət valideynlərin üzərinə düşür.

"Bu məsələlərdə əsas məsuliyytə əlbəttdəki valideynlərin üzərinə düşür. İkinci məsuliyyət isə məktəbin və müəllimindir"-deyə nazir vurğulayıb.





Teqlər:  





Xəbər lenti