Nazir vətəndaşları qəbul edəcək

  18 Aprel 2013    Oxunub : 410
Nazir vətəndaşları qəbul edəcək
Sabah Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Gəncə iqtisadi rayonu üzrə (Gəncə, Tovuz, Qazax, Ağstafa, Samux, Göygöl, Daşkəsən, Şəmkir, Goranboy) olan rayonlarda vətəndaşlarla görüşəcək
Rabitə və informasiya texnologiyaları nazirlyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov tərəfindən aprel ayının 19-da Gəncə iqtisadi rayonu üzrə (Gəncə, Tovuz, Qazax, Ağstafa, Samux, Göygöl, Daşkəsən, Şəmkir, Goranboy) əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti, ümumiyyətlə bu sahədə bölgədə əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşların qəbulu planlaşdırılır.

Gəncə Telekommunikasiya İdarəsində keçiriləcək qəbula yazılmaq istəyən vətəndaşlardan [email protected] elektron poçt ünvanı, 1655 saylı “Qaynar xətt”, (012) 598 38 18 nömrəli telefon (regionlardan edilən zənglər pulsuzdur) vasitəsilə əlaqə saxlamaları xahiş olunur.

Eyni zamanda qəbula gəlmək istəyən vətəndaşlar zərurət yaranarsa yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar.

Qeyd edək ki, nazir Əli Abbasovun il ərzində digər bölgələrdə də vətəndaşlarla görüşləri planlaşdırılıb.

AzVision.az

Teqlər: