Müşərrəf məhkəmədən qaçdı

Müşərrəf məhkəmədən qaçdı
  18 Aprel 2013    Oxunub:1371
Seçkilədə iştirak etmək üçün ölkəsinə qayıdan Pakistanın eks prezidenti Pərviz Müşərrəfin həbsinə order verilib, tutulacağını görən Müşərrəf məhkəmə zalından qaçıb, izini itirməyə müvəffəq olub.
Konstitusiyanı pozmaqda və hakimiyyəti dövründə qanunsuz həbslər həyata keçirməkdə ittiham olunan Müşərrəfi məhkəmə zalında həbs etmək mümkün olmayıb. Mühafizəçilər onu zaldan çıxarmağa və qara cipə mindirərək qaçırmağa müvəffəq olublar.

Pakistan polisi hə yerdə Müşərrəfi axtarsa da sabiq prezidentin harada olduğu məlum deyil.

1999-cu ildə hakimiyyətə gələn Müşərrəf 2007-ci ildə ölkədə fövqəladə vəziyyət rejimi elan etdikdən sonra onun prezidentliyini qəbul etməyən Ali Məhkəmə hakimlərinin qanunsuz həbsində ittiham olunur.

Pərviz Müşərrəfə qarşı irəli sürülən ittihamlar arasında 2006-cı ildə Bəlucistanda üsyançıların liderinin qətli və bir il sonra isə sabiq baş nazir Bənazir Bhuttonun öldürülməsi də var.





Teqlər:





Xəbər lenti