AzVision.az-ın Analitik Qrupu |
Şeytan bunu bəyənmir | LONQRİD// Azərbaycandakı dini vəziyyəti qaralamaq kimlərə və nə üçün lazımdır |
B
ir neçə ay əvvəl ABŞ Dövlət Departamentinin Beynəlxalq Dini Azadlıq Komissiyasının (USCIRF) Dini Etiqad Azadlığına dair hazırladığı hesabatda Azərbaycanla bağlı yazılanlar hamını təəccübləndirdi. Ardınca isə ABŞ Dövlət Departamenti Azərbaycanı dini azadlıqların pozulduğu ölkələrin “qara siyahısı”na saldı. Bu addımlar Kozma Prutkovun məşhur sözünü yada salırdı: “Əgər filin qəfəsində “öküz” yazıldığını görsən, inanma”. Azərbaycanı bircə dəfə görən, ölkədəki vəziyyətdən xəbərdar olan istənilən insan üçün həmin qərarlar anlaşılmazlıqdan başqa heç nə deyildi. Hesabatda iddia olunurdu ki, guya Azərbaycanda hökumət dini etiqad azadlığı haqqında qanunu pozur, dini icmaları qeydiyyata almır, dini ədəbiyyatın satışına, təbliğat və missionerlik fəaliyyətinə mane olur. Əksər müddəalar isə dindən daha çox siyasətlə bağlı idi. Məsələn, xaricdən maliyyələşən ekstremist təşkilat olan “Müsəlman Birliyi Hərəkatı”nın rəhbərlərinin həbsi haqqında danışmağa dəyməz. Çünki radikal dini qurumlar dünyanın hər yerində təhlükə sayılır və onlara qarşı adekvat tədbirlər görülür. Amma qalan müddəalar haqqında danışmaq olar və lazımdır. Tarix və coğrafiya
Ə
slində Azərbaycanda tarixən dini
ayrı-seçkilik olmayıb. Bunun səbəbi həm də coğrafiya ilə bağlıdır. Tarixçi,
Qafqaz Tarixi Mərkəzinin rəhbəri Rizvan Hüseynov deyir ki, ərazinin xüsusiyyəti
əhalinin şüuruna təsir edir. Biz aran, dağarası ərazidə yaşayırıq. Bura
minilliklərlə bütün yolların kəsişmə nöqtəsi olub. Belə coğrafiyalarda yaşayan
toplumlar istər-istəməz tolerant olmağa məcburdurlar. Çünki həyatları, qazancları bundan
asılıdır. Məsələn, dağlarda yaşayan toplumlar milli, dini və digər mövzularda
daha sərt olurlar. Aranda, düzənlik ərazilərdə, yolların kəsişdiyi yerlərdə
yaşayanlar isə başa düşürlər ki, onların təhlükəsizliyi, gəliri, rifahı hamı ilə
eyni, bərabər münasibət qurmaqdan asılıdır. Dini xarakter də həmçinin, coğrafiyanın tələbinə
uyğun formalaşır. |
||
Rizvan Hüseynov: "Coğrafiya xalqın dini xarakterinin formalaşmasına təsir göstərir" |
Tarix də coğrafiyanı təsdiqləyir: Azərbaycanın
tarixində heç vaxt Avropadakı kimi dini müharibələr olmayıb. Məsələ ondadır ki,
Avropada milli şüurun formalaşmasının əsasında kilsə durub. Hər toplumun öz
kilsəsi var idi. Kapitalizm dövrü başlayanda məhz kilsədən milli proyektlər
çıxmağa başladı. Həmin qüvvələr Vatikanın monopoliyasını əlindən almaq üçün
qırğınlar törətməkdən belə çəkinmirdilər. Bizdə heç vaxt belə hallar olmadığı
üçün dini qarşıdurma ənənəsi də yoxdur. Dini problemlər Osmanlıda və bizim ərazimizdə
süni olaraq Avropa, ABŞ, Çar Rusiyası tərəfindən yaradılıb. Onlar erməniləri, şərqi
xristian toplumlarını, Balkanlardakı xristianları müsəlman-türklərə qarşı
qoymaq üçün din amilindən istifadə ediblər. Təəssüf ki, həmin siyasət bir qədər
fərqli formada günümüzdə də davam edir. Azərbaycanda digər dinlərə münasibət indi də dəyişməyib.
Müasir dövrdə də buradakı dini vəziyyət dünyanın əksər dövlətlərinə nümunə ola
bilər. Bunu ölkədəki dini azlıqların nümayəndələrinin sözləri və onlara
yaradılan şərait də təsdiqləyir. “Azərbaycan bizim evimizdir”- 14 ildən artıqdır ki, Azərbaycanda katolik kilsəsinə rəhbərlik edirəm. Azərbaycan milli adət-ənənələrə, cəmiyyətin mənəvi-mədəni müxtəlifliyinə hörmətlə yanaşan və dəstəkləyən müasir dünyəvi dövlətdir,- deyə Azərbaycandakı Katolik Kilsəsinin apostol prefekti, yepiskop Vladimir Fekete “AzVision.az”a bildirib. Onun sözlərinə görə, Azərbaycan müxtəlif dini
icmalar arasında uğurlu qarşılıqlı əlaqələrin, din və dünyəvi hakimiyyət
arasında ahəngdar münasibətlərin nadir nümunəsini yaratmış ölkə kimi xüsusi
diqqətə layiqdir.
- Bizim icma öz ayinlərini alban dilində həyata
keçirir. Belə bir vəziyyətdə ölkədə dini etiqad azadlığının sıxışdırıldığını
necə dilə gətirmək olar? - Robert Mobili sual edir. - Azərbaycanda müsəlmanlar, xristianlar və yəhudilər
arasında dinc birgəyaşayış, qarşılıqlı fəaliyyət və birgə quruculuq sahəsində
çoxəsrlik unikal təcrübə var. Azərbaycan tarixən çoxsaylı xalqların ümumi vətəni
kimi şöhrət tapıb. Bir çox ölkədən fərqli olaraq, burada vətəndaşlar arasında
dinlərarası dialoqun inkişafını əngəlləyən problemlər yoxdur,- arximandrit bildirib.
Dağ Yəhudiləri Dini İcmasının rəhbəri Milix
Yevdayevin sözlərinə görə, Azərbaycanda bütün dini icmalara dövlət səviyyəsində
maddi dəstək ayrılır. Bu, yalnız dini etiqad azadlığına təminat vermir, habelə
mədəni və dini müxtəlifliyin mühafizəsində əhəmiyyətli rol oynayır. |
|
Milix Yevdayev: "İsrail - tarixi, Azərbaycan - ana vətənimizdir" |
Milix Yevdayevin dediklərinə əmin olmaq üçün AzVision.az Bakı Dağ Yəhudilərinin Sinaqoqundan reportaj hazırlayıb. Göründüyü kimi, burada dini ayinləri sərbəst və rahat şəkildə
həyata keçirmək üçün həqiqətən də hər cür şərait var. “Xoşbəxt o kəsdir ki, evində xoşbəxtdir. Azərbaycan bizim evimizdir”,-
Sinaqoqda bizə belə dedilər. A
zərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində 1002 dini icma qeydiyyatdan
keçib. 7 icmanın qeydiyyatı özləri tərəfindən ləğv olunub. Fəaliyyət göstərən 995
icmanın 37-si İslamdan başqa dinə etiqad edənlər tərəfindən yaradılıb. Onlardan
24-ü xristian, 8-i yəhudi, 2-si bəhai, 1-i isə Krişna dini icmasıdır.Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini Qurumlarla İş üzrə Şöbəsinin müdiri Cahandar Əlifzadə AzVision.az-a müsahibəsində bildirib ki, hər bir icmanın sərbəst fəaliyyət göstərməsi üçün qanunvericiliklə kifayət qədər şərait yaradılıb. Konstitusiyamızda bütün dinlərin bərabərliyi və insanların etiqad azadlığı təsbit olunub. Qeyri-müsəlman dini icmalarının nümayəndələri Azərbaycanda cəmiyyətin aktiv üzvləridirlər. Onlar ibadət evləri yaradır, tədbirlər, dini mərasimlər keçirir, təbliğat aparırlar. - “Dini azlıq” bizim üçün yad termindir. Dövlət Komitəsində çalışdığım 16 il ərzində hansısa dini icmanın özünü “azlıq” adlandırmasını eşitməmişəm. Saylarından asılı olmayaraq, onların hər biri özlərini Azərbaycanın dini mühitinin tərkib hissəsi, harmonik cəmiyyətin müəyyən bir funksiyasını yerinə yetirən üzvü kimi görürlər. Azərbaycanda din məsələsində “azlıq”, “çoxluq” anlayışı yoxdur. “Bərabər hüquq” anlayışı var. Ölkədə fəaliyyət göstərən bütün dini icmalar məsələyə belə yanaşırlar. Cəmiyyətdə də heç kim onlara “azlıq” demir,- şöbə müdiri vurğulayıb. |
|
Cahandar Əlfizadə: "Bizdə "dini azlıq" anlayışı yoxdur" |
Azərbaycanda dini etiqad azadlığı haqqında
qanun var. Amma dini icmaların etiqad azadlığının pozulması ilə bağlı istər
Komitəyə, istərsə də hüquq-mühafizə orqanlarına heç bir şikayət daxil olmayıb. B
u deyilənlərin təsdiqini tapdığı məkanlardan
biri də Bakıdakı “Müqəddəs Məryəm” katolik kilsəsidir. Azərbaycandakı Apostol
Prefekturası Roma Katolik Kilsəsində yeparxiyaya bərabər ərazi vahididir. “Sui
iuris” (“özəl hüquqlu”) statusuna malikdir və fəaliyyətini yeparxiya
hüquqlarına əsaslanaraq həyata keçirir. Kilsənin rəhbəri Yozef Marek
“AzVision”a bildirib ki, Azərbaycan kimi tolerant ölkədə olmağı Tanrının lütfü
hesab edir: “Ən çox xoşuma gələn insanın dininə və şəxsiyyətinə qoyulan hörmətdir.
Yəni onlar necə olduğunu qəbul edir və hörmətlə yanaşırlar. İslam dəyərlərinə əsaslanan
ənənəvi mənəviyyatla bərabər, digər dinlərə və dünyagörüşlərinə də hörmətlə
yanaşırlar. Həm katoliklər, həm də digər xristianlar burada sərbəst yaşaya və
ibadət edə bilirlər. Azərbaycanda müxtəlif konfessiyaların nümayəndələri sülh şəraitində
ömür sürürlər”.Yozef Marek 22 il öncə Roma Papası II İohan
Pavelin Azərbaycanda qarşılandığı günü belə xatırlayır: Göründüyü kimi, insanlar da, faktlar da – hər
şey Azərbaycanda dini münasibətlər sahəsində heç bir problemin olmadığını təsdiqləyir.
Qərb ölkələrinin çoxundan fərqli olaraq, burada dini zəmində qarşıdurma heç bir
zaman qeydə alınmayıb. Dağ yəhudilərinin dini lideri Milix Yevdayev bizə belə bir maraqlı epizod danışdı: Bəs elə isə, hesabatda Azərbaycana qarşı
müşahidə olunan qərəzin səbəbi nədir? |
|
Azad olunmuş ərazilərdəki dini abidələr əsl mahiyyətinə qaytarılır |
Hesabatdakı digər məqam işğaldan azad olunmuş ərazilərdəki dini
abidələrlə bağlıdır. Ümumiyyətlə, azad olunmuş ərazilərdəki xristian abidələrini
3 qrupa bölmək olar: • Çar Rusiyası dönəmində, yəni son 200 ildə
orada tikilən istər pravoslav, istər erməni kilsələri;
İşğal vaxtı tikilən binalardan erməni faşizminin simvollarının silinməsi, bəzi
hallarda hətta dağıdılması labüddür. Belə tikililərlə bütün dünyada eyni cür rəftar
edirlər. Yaxud, həmin abidələrin həqiqi mahiyyəti qaytarıla bilər – necə ki, Şuşanın
keçmiş provaslav kilsəsini işğal vaxtı erməni kilsəsinə çevirmişdilər, indi
onun restvarasiyası gedir, yenidən provaslav kilsəsi olacaq. B
u mövzuda bizimlə həmsöhbət olan bütün ekspertlər və dini icma nümayəndələri eyni
fikri bölüşdülər: Azərbaycanda dini vəziyyətlə bağlı iradlar qərəzlidir. Bu cür
hesabatların arxasında siyasi sifariş dayanır. Məqsəd isə gələcəkdə Azərbaycana
qarşı atıla biləcək hansısa sərt addımlar üçün indidən zəmin formalaşdırmaqdır.
Bir növ ölkədə, geniş mənada isə regionda baş verən proseslərə dinin vasitəsilə
də müdaxilə etməyə çalışırlar. Amma tarixi təcrübə göstərir ki, dindən siyasi məqsədlərlə istifadə etmək həmişə çox mənfi nəticələr doğurub. Din – mənəviyyat məsələsidir və elə həmin sferada da qalmalıdır. |