Texasda partlayış :100 ölü

Texasda partlayış :100 ölü
  18 Aprel 2013    Oxunub:1310
Amerikanın Texas ştatında gübrə fabriklərinin birində baş verən partlayış nəticəsində 100-dən çox insanın həlak olduğu deyilir.
Vest qəsəbəsində “West Fertilizer” adlı gübrə zavodunda yerli saatla 19:50-də baş verən partlayış nəticəsində 100-dən çox insan həlak olub. Bu barədə məlumatı yerli KWTX televiziya kanalına Vest şəhərinin təcili yardım xidmətinin rəhbəri Corc Smit verib. Partlayışa nəyin səbəb olduğu bilinməsə də yaralıların sayı isə durmadan artır. 38 yaralının vəziyyətinin ağır, 66 yaralının vəziyyətinin isə orta ağır olduğu qeyd edilib.

Əvvəlcə müəssisə ərazisindəki ammiak rezervuarında partlayış olub və alov ətraf tikililərə, o cümlədən orta məktəb binası və qocalar evinə də keçib. Partlayış dalğası uzaqda yerləşən binalara da zərər vurub.





Teqlər:  





Xəbər lenti