Nazir yeni həkimləri təbrik edib

Nazir yeni həkimləri təbrik edib
  18 Aprel 2013    Oxunub:1544
Səhiyyə naziri Oqtay Şİrəliyev səhiyyə müəssisələrindəki vakant yerlərə mərkəzləşdirilmiş qaydada işə qəbul olmuş ilk həkim heyəti ilə görüşüb.
Səhiyyə Naziriyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, nazir müxtəlif tibb müəssisələrinə mərhələli şəkildə keçirilmiş imtahan yolu ilə işə qəbul olunmuş ilk 34 həkimi səmimi qəlbdən təbrik etdi, onlara yeni iş yerlərində uğurlar və müvəffəqiyyət arzuladı. Görüş iştirakçıları qarşısında çıxış edən Oqtay Şirəliyev prosesin tətbiqində ən əsas səbəbin Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrasını və şəffaflığı təmin etmək olduğunu dedi.

Daha sonra nazir qeyd etdi ki, ölkə başçısının səhiyyə və tibb elmi sahəsinə, insanların sağlamlığına verdiyi diqqət və önəm göz qabağındadır. Bu gün göstəricilərə nəzər saldıqda tam əminliklə demək olar ki, səhiyyə xərclərinə ayrılan vəsaitin artma tempinə görə Azərbaycan dünyanın əksər ölkələrindən yüksəkdədir və bu da ölkədə yeni-yeni tibb müəssisəsinin tikilib və yaxud da əsaslı təmir edilməsinə, dünya standartlarına uyğun avadanlıqlarla təmin edilməsinə zəmin yaratmışdır. Lakin bütün bu yaradılan şəraitin təməlini isə yüksək ixtisaslı, bilikli və savadlı kadrlar təşkil edir. Həkimlərin mərkəzləşdirilmiş qaydada işə qəbulu kadr məsələsinin həllində önəmli və vacib yerlərdən birini tutacaq. Nazir çıxışında ölkəyə savadlı və yüksək ixtisaslı həkim kadrlarının hazırlanması üçün sertifikasiya prosesinin, rezidentura mərhələsinin və ən nəhayət mərkəzləşdirmiş qaydada qəbul prosesinə başlanmasını səbəb kimi vurğuladı. Cənab Şirəliyev əhaliyə yüksək səviyyəli tibbi yardım göstərilməsi üçün bütün şəraitin mövcud olduğunu bildirdi.

Sonda Gəncə poliklinikasına yeni həkim təyin olunmuş həkim-terapevt Əlizadə Mina ölkə əhalisinin sağlamlığına yetirilən xüsusi qayğıya və diqqətə görə ölkə başçısına gənc həkimlər adından minnətdarlığını bildirdi.

Sonda tədbir iştirakçılarına göndərilər təqdim edildi.


Teqlər:





Xəbər lenti