Bakıda 6 ton yararsız ət aşkar edildi

Bakıda  6 ton yararsız ət aşkar edildi
  28 İyun 2014    Oxunub:1036
Müşfiqabad qəsəbə sakini Sərdar Şahverdiyevə məxsus ət tədarükü məntəqəsindən 6 tondan artıq mənşəyi məlum olmayan və istifadəyə yararsız ət aşkar olunub.
AzVision.az DİN-in rəsmi saytına istinadən xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə İdarəsi və İstintaq və Təhqiqat İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyunun 26-da A.Məhərrəmov küçəsində Müşfiqabad qəsəbə sakini Sərdar Şahverdiyevə məxsus ət tədarükü məntəqəsinin 2 soyuducu kamerasında və 3 saxlanc yerində mənşəyi məlum olmayan və istifadəyə yararsız 6 tondan artıq ət aşkar olunub.


Teqlər:





Xəbər lenti