Tükiyənin Fransadan tələbi

Tükiyənin Fransadan tələbi
  17 Aprel 2013    Oxunub:1638
Türkiyə Fransua Olandın “erməni genosidi” məsələsinə aydınlıq gətirməsini istəyir.
Türkiyə hökuməti Fransa prezidenti Fransua Olanddan bir daha qondarma erməni genosidi ilə bağlı məsələ qaldırılmayacağına təminat tələb edir. Həmçinin Fransa prezidentinin “erməni genosidini” inkar etməyi cinayət hesab edən qanunla bağlı “mövqeyini daha aydın şəkildə” açıqlamasını gözləyir. Bu barədə AzVision.az Fransa mətbuatına istinadən xəbər verir.

Hazırda Parisdə səfərdə olan Türkiyənin baş nazirinin müavini Bülent Arınç Türkiyə prezidentinin Fransaya səfərinin “may ayının sonu və ya iyun ayının əvvəllərinə nəzərdə tutulduğunu” bəyan edib. Bununla yanaşı Türkiyə tərəfi, iki şərt də irəli sürüb. Hər iki şərtə görə “birinci addımı Fransa atmalıdır”.

Birinci şərt 2012-ci ilin fevralında Fransa Konstitusiya Şurası tərəfindən ləğv edilən “erməni genosidi”ni inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanunla bağlıdır. ”Bilirik ki, bu qanun yenidən gündəmə qayıda bilər... Bu baxımdan Fransua Olandın mövqeyinin tam dəqiqliyi izah etməsi vacibdir” –deyən Arınç, Fransa prezidentinin ermənilərin xeyrinə başqa bir qanunun irəli sürülməsinə imkan verməyəcəyinə ümidini gizlətməyib.

Əgər analoji qanun irəli sürülsə Türkiyə, Fransua Oland prezident seçiləndən sonra ləğv etdiyi sanksiyaları yenidən bərpa edəcək.

İkinci şərt isə Türkiyənin Avropa İttifaqına üzvlüyü məsələsi ilə bağlıdır.

Səbinə Həsənova
AzVision.az


Teqlər:  





Xəbər lenti