“Heydər Əliyev Kuboku” uğrunda alman mübarizəsi

  17 Aprel 2013    Oxunub : 606
“Heydər Əliyev Kuboku” uğrunda alman mübarizəsi
“Heydər Əliyev Kuboku” uğrunda mübarizəyə Almaniya komandası da qoşulacaq
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş “Heydər Əliyev Kuboku” beynəlxalq mini futbol turnirində bu il Almaniyada yaşayan azərbaycanlıların komandası da qoşulacaq.
Diasporla İş üzrə Dövlət Komitəsindən AzVision.az-a verilən məlumata görə, bu ölkədən yarışa qatılacaq komandanı müəyyənləşdirmək məqsədilə aprelin 21-də seçim turuna start veriləcək.

Almaniyadakı turnirun keçirilməsini üzərinı götürmüş “Buta” Alman Azərbaycan Cəmiyyətinin sədri Rüfət Seyidzadənin sözlərinə görə, artıq komandalar öz iştirak ərizələrini təqdim ediblər və indidən yarışın maraqlı, gərgin mübarizə şəraitində keçəcəyi proqnozlaşdırılır.

Əsasnaməyə uyğun olaraq bu turda 8 komanda iştirak edəcək və qalib komanda “Heydər Əliyev Kuboku” uğrunda yarışda iştirak etmək üçün Bakıya gələcək.
Mayın 3-5-i tarixində keçiriləcək “Heydər Əliyev Kuboku” beynəlxalq mini futbol turnirində 8 ölkədən gələn həvəskar komandalar güclərini sınayacaq.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş “Heydər Əliyev Kuboku” beynəlxalq mini futbol turniri Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Rusiyanın Azərbaycanlı Gənclər Birliyi və Böyük Britaniya Odlar Yurdu Təşkilatının dəstəyi ilə keçirilir.

AzVision.az

Teqlər: