Ermənilər Tovuzu yandırır

Ermənilər Tovuzu yandırır
  27 İyun 2014    Oxunub:671
Ermənilər Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonunun Əlibəyli kəndi istiqamətindəki neytral zonada yanğın törədiblər.
AzVision.az apa-ya istinadən xəbər verir ki, dünən 16.00 radələrindən başlayan yanğın indiyə qədər davam edir. Əlibəyli kənd sakinləri, son zamanlar belə yanğınların tez-tez törədildiyini və nəticədə həmin ərazilərdə mina partlayışlarının baş verdiyini bildiriblər. Sakinlərin sözlərinə görə, belə yanğınlardan sonra zərərvericilərin kəndə axını başlayır.

AzVision.az


Teqlər:





Xəbər lenti