“Lukoil”a edilən hücumla bağlı DİN-dən AÇIQLAMA

“Lukoil”a edilən hücumla bağlı DİN-dən AÇIQLAMA
  26 İyun 2014    Oxunub:1046
Quldurluğa görə tutulmuş Bakı şəhər sakini Ə.Həsənlinin bir qrup şəxslərlə əlbir olub başqa cinayət əməlləri törətməsi də müəyyən edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Baş Cinayət-Axtarış İdarəsi, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsi və Suraxanı RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 24-də Aynurə Bayramovanın 225 manatını və qızıl əşyalarını quldurluq yoli ilə almış Bakı şəhər sakini Əli Həsənli tutulub.

Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun Bakı şəhər sakinləri Zaur Hüseynov, Şamxal Məmmədov, Mirəli Gəraylı, Sadiq Abbasov, Əli Cabbarov və Ceyhun Rəsulovla birgə iyunun 23-də Suraxanı rayonu ərazisindəki “Lukoil” YDM-də, oranın işçiləri Elvin Kərimovu və Röyal İsmayılovu tapançaya oxşar əşya ilə hədələyərək küt alətlə xəsarət yetirib oradakı seyfdən 5000 manat, habelə təhlükəsizlik kamerasının manitorunu aparması da müəyyən edilib.
Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə Z.Hüseynov, Ş.Məmmədov, M.Gəraylı, S.Abbasov, Ə.Cabbarov və C.Rəsulov tutulmuşlar.


Teqlər:  





Xəbər lenti