DİN 22 nəfəri həbs etdi

DİN 22 nəfəri həbs etdi
  26 İyun 2014    Oxunub:690
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 67 cinayət faktı qeydə alınıb, onların da 30-u “isti izlər”lə açılıb.
AzVision.az Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən ötən günün kriminal xronikasını təşkil edir:

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 22 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib;

Respublikanın avtomobil yollarında 8 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 17 nəfər yaralanıb;

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 17 fakt müəyyən edilib;

Cinayət törətdiklərinə görə 26 nəfər tutulub.

AzVision.az


Teqlər:





Xəbər lenti