“Prezidentin çıxışı tarixi çıxış idi” - Səməd Seyidov

“Prezidentin çıxışı tarixi çıxış idi” - Səməd Seyidov
  26 İyun 2014    Oxunub:901
AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin rəhbəri qurumun yaz sessiyasını ölkə üçün uğurlu nəticələrlə yadda qalacağını deyir.
“Avropa Şurası Parlament Assambleyasının yay sessiyanın gedişini çox müsbət qiymətləndirirəm. Cənab prezidentin çıxışı tarixi bir çıxış oldu. İlham Əliyev sübut etdi ki, Azərbaycan çox güclü bir dövlətdir. İnanıram ki, bu sessiya Azərbaycan üçün uğurlu nəticələrlə yadda qalacaq”.

AzVision.az xəbər verir ki, bu sözləri “Yeni Müsavat”ın Strasburqdakı müxbirinə verdiyi açıqlamada Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib.

S.Seyidovun fikrincə, dövlət başçısının çıxışından sonra bir çox dövlətlər Azərbaycanla hesablaşmağın vacibliyini anlayıb:“Avropanın ayrı ölkələr də, Avropa strukturları da bu həqiqəti dərk edirdilər, Azərbaycan güclü təsir imkanlarına malik dövlətdir və Azərbaycanın sözü ilə, mövqeyi ilə hesablaşmaq lazımdır. Söhbət təkcə Avropa Şurası ilə Azərbaycan arasındakı münasibətlərdən getmir. Dünya birliyi artıq Azərbaycanın böyük nüfuz sahibi olduğunun fərqindədir. Cənab prezidentin çıxışı bu məsələnin birdəfəlik möhürünü vurdu. Bunu dost da qəbul edir, düşmən də qəbul edir, istəyən də qəbul edir, istəməyən də qəbul edir”.

Səməd Seyidov İlham Əliyevin çıxışının Qarabağla bağlı hissəsini xüsusi vurğulayıb:“Prezident dedi ki, bəlkə AŞPA-dakı Ermənistan nümayəndə heyəti bilmir, ancaq Ermənistanda çoxları bilir ki, nəinki Qarabağ, hətta İrəvan da bizimdir. Bu tarixi bir çıxış idi və biz bundan sonrakı fəaliyyətimizi də bu çıxışda səsləndirilən tezislər üzərində qurmalıyıq”.

Səməd Seyidov onu da bildirib ki, sessiya çərçivəsində Azərbaycanın dövlət başçısı Avropa Şurası Parlament Assambleyasının sədri Ann Brosör, Avropa Şurasının baş katibi Torbörn Yaqlandla, Avropa İnsan Haqları Məhkəməsinin sədri Din Şpilmanla görüşlər keçirib.


Teqlər:  





Xəbər lenti