Saakaşvili prezident köməkçisi olmaq istəyir

Saakaşvili prezident köməkçisi olmaq istəyir
  17 Aprel 2013    Oxunub:1266
Gürcüstan prezidenti Mixail Saakaşvili prezident postunu tərk etdikdən sonra da siyasətdə qalmaq niyyətindədir.
“Mən yenə də ölkəmin azadlığı və suverenliyi uğrunda mübarizə aparacağam”,-deyə Saakaşvili “Rustavi 2” telekanalının canlı efirində bildirib.

AzVision.az-ın gürcü mətbuatına istinadən verdiyi məlumata görə, Saakaşvili yeni prezidentin köməkçisi postunun onu cəlb etdiyini deyib. Prezidentin fikrincə, onun bu postda çalışmaq üçün kifayət qədər təcrübəsi var və bu sahədə faydalı ola bilər.

Gürcüstan lideri bir çox beynəlxalq təşkilat və xarici ölkələrdən təkliflər aldığını ancaq ölkəsi tam müstəqil olana, bu günki təhlükələrdən qurtulana qədər gürcüstanı tərk etməyəcəyini vurğulayıb.

Saakaşvili prezident postunda özünü olduqca narahat hiss etdiyini də deyib : “ Açıq desəm, indi mənim prezidentliyim olduqca ağır və xoşagəlməz bir prossesdir. Səhər dururam, demək olar hər günüm çox ağır başlayır, çünki mənim bütün layihə və ideyalarım əsassız səbəblərdən dayandırılıb”.


Teqlər:  





Xəbər lenti