Sağlam düşünməyə çağırış - MÜSAHİBƏ

Sağlam düşünməyə çağırış - MÜSAHİBƏ
  25 İyun 2014    Oxunub:4131
`AZ-TUR` Turizmə Dəstək İctimai Birliyinin sədri Zaur Abdullayevin AzVision.az-a müsahibəsi
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə `AZ-TUR` Turizmə Dəstək İctimai Birliyinin təşəbbüsü ilə bu yaxınlarda `Next` Sağlam Düşüncə Gənclər Forumu keçiriləcək. Həmin forum barədə məlumat verməyinizi istərdik.

Təşkilatımızın planlaşdırdığı ən son layihələrdən biri `Next` Sağlam Düşüncə Gənclər Forumunun keçirilməsidir. Forumun məqsədi gənclər arasında sağlam düşüncəni təbliğ etməkdir. Bunula yanaşı gənclər forum çərçivəsində zərərli vərdişlərlə bağlı məlumatlandırılacaqlar. Onlar daha sağlam həyata, idmanla məşğul olmağa, asudə vaxtlarını daha səmərəli keçirməyə, aktiv turizmə dəvət olunacaqlar.

Aktiv turizm demişkən, sizcə Azərbaycanda bunun üçün lazımi şərait varmı?

Son günlərin müşahidələri göstərir ki, aktiv turizm sahəsində gənclərin fəallığı artıb. Onların bu sahəyə marağı özlüyündə ölkəmizdə turizm infrastrukturunun inkişafından xəbər verir. Qusarda Sahdağ Turizm Kompleksinin, Qəbələdə Tufan Dağ-Xizək Yay-Qış İstirahət Kompleksinin istifadəyə verilməsi, bunlarla yanaşı `Tour d`Azerbaidjan` beynəlxalq velosiped turu kimi tədbirlərin təşkili məhz inkişafın göstəricisidir.

Bir gənc olaraq gənclərin dövlət idarəetmə sahələrində rolu sizi qane edirmi?

Bu gün gənclər müxtəlif dövlət orqanlarında uğurla fəaliyyət göstərirlər. Gənclərin xarici dil və kompüter bilikləri, təşkilatçılıq bacarığı yüksək səviyyədədir. Yaxşı olardı ki, gənclər bələdiyə idarəetmə sahəsinə də maraq göstərsinlər.

Sizcə sağlam düşüncə nə deməkdir?

Sağlam düşüncə - düzgün qərar verə bilmək, düzgün nəticə əldə etmək üçün insanın süurlu şəkildə atdığı ya atacağı addımları əvvəlcədən düşünməsidir.

Səbinə Həsənova
AzVision.az



Teqlər:  





Xəbər lenti