Jurnalistlərin yeni binasından yeni xəbər

Jurnalistlərin yeni binasından yeni xəbər
  25 İyun 2014    Oxunub:1029
Bakının Səbail rayonu, Yeni Salyan yolu-22 ünvanında media nümayəndələri üçün inşa edilən ikinci binanın tikintisi davam edir.
Bu barədə Səbail rayon icra hakimiyyətindən bildirilib. Qeyd edilib ki, hazırda yeni binanın dördüncü mərtəbəsinin tikintisi aparılır.

Xatırladaq ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə jurnalistlər üçün tikilən ikinci binanın təməli 2013-cü il iyulun 22-də qoyulub.
Layihəyə görə, bina 17 mərtəbəli və 3 bloklu olacaq. Burada 1, 2, 3 və 4 otaqlı mənzillər istifadəyə veriləcək.

Yeni binanın 2015-ci il mətbuat günündə istifadəyə veriləcəyi gözlənilir.(AzərTAc)


Teqlər:  





Xəbər lenti