Mikayıl Müşfiqimizin dediyi “Oxu tar” şeiri yada düşər. Sanki ülvi xatirəmizin yadigarı qüdrətli şairimiz Əkrəm bəy isimli virtuoz tar ifaçımızı dinləyib bu poetik incini xalqımız üçün ərmağan edib. Əkrəm bəy tar çalanda iki cahana sığmaz olan Nəsimimiz tarın iki çanağına rahatca sığararaq, ruhu Əkrəm müəllimin ecazkar çalğısına möhtəcanə halda dinşək kəsilər. Edamdan qurtulmağın məqamının çatacağını səbirsizliklə tarın sədaları ilə muğama yekun vurulan anda bəraət qazanıb, xilas edilib, azadlığa nail olar. Əkrəm bəy çalanda ürək çırpıntıları ahəstəcə duyular muğamlarımızın sirli-sehirli ab-havasında. Əkrəm bəy tar çalanda yer göyə bülənd olar bu ecazkar ifa ilə. Göy yerə aşiq olub eşq dünyasında bir məcrada qovuşub vüsala yetər. Əkrəm bəy çalanda yer də göy də müqtədir sənətkarımızın tamaşasının seyrinə çıxar ustadımızı dinləyərək feyz almağı üçün. Mənəvi aləmin ilahi səslər adlı ülviyyət bəsini ilə təmin etməyin tək çarəsidir Əkrəmin bəyin çalğısını huş-guşla dinləmək. Əkrəm müəllimin sehirli barmaqlarından yüksələn ilahi musiqiləri dinləmək əsl xoşbəxtlikdir. Dinə imana gəlmək. Təlatümə gəlmək. Haqqa-ədalətə qovuşmaq. İnsanlığa, insaniyyətə rəvan olmaq. Əkrəmin bəyin tar ifaçılığının fəlsəfəsinin mahiyyətidir bu kəlmələrədə təcəllə edən ilahi fikirlər. Düşüncələrin ecazkar qüdrəti Əkrəm bəyin çalğısında yansıyıaraq, el-el, obaba oba gəzərək, diyar-diyar gəştə çıxır insanoğlu. Əkrəm bəyin çalğısının mahiyyəti sıxıntılardan, qəmdən, kədərdən bir anda çıxmağın qurtuluş yoludur, xilas halıdır bu şahanə ifa eşliyində. “Orta Maur”un, “Cahargah”ın timsalında əfsanəvi ifaçılığın ekstaz anıdır Əkrəm bəyin fantaziyalarla zəngin fanatik çalğısı. Dərs deyir, öyüd verir təcrübəsiz qalmış nabələd kəslərə. İmdadına yetişib doğru yol göstərir haqqa doğru, işıqlı sabaha, nurlu aləmə getmək üçün. Tellərdən süzülüb gələn ürəyin adıdır bu möcüzəli sirli-sehirli ifada tüğyan edən ecazkar musiqilərin, minbir əlvan xalların, güllərin təcəssümündə ifadə olunur bu əsrarəngiz ifaçılıq məziyyətləri. Çox mətləblərlə fikrini izhar edərək, bizləri qandırır, haqqın kəramətini andırır, ifaçılıq aləmində Əkrəm müəllim. Bir ustad kimi Dədəqorqudlaşır, paklaşaraq nurlanır, pirlənir könül dünyamızda ilahi səslərin gücündə əks olunan müşayiətində. Əkrəm müəllimin sənətinin mahiyyətinin gizli məqamları onun ifaçılığında pünhan qalmaqdadır. Dil-dil ötən tarda zühur edən fikirlər təzə-tərdi, yenidi, yenilikdi, heyrətamizdir, mübarəkdir. Nə yaxşı ki, Əkrəm bəy çalır. Rəvan çalır. Qoy çalsın. Təşnəli könlümüzə su səpsin bir qədər. Doymaq olmur əsla bu ecazkar ifadan. Doymarıq da. Çünki min bir məna yatır tar dünyasına qovuşan Əkrəm müəllim çalğısında. Eşq olsun bu çalğıya, bu ifaya. Heyrət etməmək mümkünmüdür? Əsla! Çünki tar aləti üçün, tar sənəti naminə bu fani dünyamıza əta olunub İlahi qüdrət tərəfindən xalqımız üçün. Dirilik suyunun zəmzəm adı sinədə çağlayan tarın səsində bərqərar olub çox şükürlər. Şükr edirik bu ilahi nemətlə bizləri qovuşduran həssas duyğulu könülləri vüsala yetirən ismini zikr etdiyimiz mübarək şəxsə, Əkrəm bəy adlı sənət zirvəsinin fatehinə. Çox qalalar aldı bu ilhamlı çalğısı ilə. Neçə-neçə könül dünyamızı öz məkanında zəbt etdi, əsir-yesir etdi. Bu fəlsəfənin mahyyətini anlayanarı dustaq edib heykəlləşdirdi, bütləşdirdi. Bir addım da tərpənə bilmədi, donub qaldı, heç çınqırını belə çıxarda bilmədi bu əfsunlu çalğısındakı əzəmətli hikməti ilə. Bəzən də bu nadidə ifası ilə Tanrı dərgahına bizləri yüksəltdi bir andaca. Qoy çalsın, ürəyimizi alsın, bizi dərddən, qəmdən, ələmdən qurtarsın bu nahaq dünyada bəd əməllərlə uğraşanların cəngindən. Eşq olsun, var olsun. Böyük sənətin qüdrəti qarşısında baş əymək, təzim etmək, səcdə qılmaq nə xoşdur. Bu törəni, bu dəstgahı yaşadan insana Əkrəm adlı sənətkara eşq olsun. Nə gözəl demişlər: “Sənətkaram sənətkara aşiqəm”. Ustadlığın şah əsərinin tar ifasındakı möhtəşəm texniki üslubda çalan, qəlbimizi, ruhumuzu könülxoşluğuyla ram edən Əkrəm bəy adlı ifaçının ismi. “Şur”la, “Bayatı Şiraz”la, “Hümayun”la, “Şüştər”lə zikr edirik bu ifaları onun təfsirində hər daim dinlədikcə. Könül dünyamızda zəvvar kimi müqəddəs məbədimizə, Məkkəmizə muğam karvanları müşayiətində aram-aram, səbrlə, təmkinlə yön alıb qibləyə sarı səfərə çıxırıq. Eşq olsun Əkrəm müəllim adlı sərvanın ahəstə-ahəstə müdrikanə çalğısına. Çünki heyrətlərdə qalırıq dinlədikcə. Bərəkallah deyirik. Nə yaxşı ki, “Odlar Diyarımız” adlanan Azərbaycanımızın Azərbaycanlı övladımız var. Əlində Koroğlumuzun misri qılınc görkəmində gözümüzlə gördüyünüz tar adlı alətin etibarlı sahibi, Mirzə Sadıq Əsədoğlu sənətinin sadiq varisi var. Qeyrət timsalında, nəciblik örnəyində, abır-həya ismətində. Əkrəm bəy dünyaya sığmaz olur tarı çalanda. Yer-göy asiman iki çanağa necə də asan yerləşir bu ilahi çalğıların sədalanan yanğılı təşnənin fonunda. Bu fikirləri tar ifaçılığı zamanı bizlərə dikdə etdirən müqtədir sənətkarın adıdır Əkrəm Məmmədli. Əkrəm Məmmədli adlı pafoslu çalğıçının geniş imkanlarının ifa məqamındakı qüdrətidir ki, bir anda onu dinləyənlər gah rəssamlaşır xəyalən, gah heykələ dönüb heykəltaraş olur, bəzi durumlarda isə şair qılıfında ekspromt anında, irticalən poetik misralara bələnmiş şeirlər qoşur bədahətən. Bax bu incə nüanslar Əkrəm bəyin çalğısının mahiyyətinin özətidir. Çalğı möhtəşəmliyinin nümunəsidir Azərbaycan ifaçılığı üçün. Tapıntıdır bu ifaçılığın hər gülündə, əsrarəngiz minbir çeşid kəşf olunmuş xalında telə toxunan şeşpər misali sehirli mizrabın min bir yöntəmlə tellərə toxunan hikmətində. Bu hikmətdə duyulur Əkrəm bəy sənətinin əzəməti, böyüklüyü, qüdrəti. Sevgi-məhəbbətdir hər çalış Əkrəm çalğısında. Məcnunun Leiyliyə qovuşma anıdır mizrabın hər daim gümüşü telə toxunuşu. Sarı telə mizrab ahəstəcə sığal çəkib oxşayan zaman isə vüsalın baş tutmaması anlamına gəlir. İntizardır, həsrətdir, nisgildir, bənövşətək boynubüküklükdür, “sevgili canan”dan cüda düşməkdir, həsrət əli yar əlinə çatmamazlıqdır “Segah” səslənəndə, Yəhya bəy Dilqəmin məhəbbət ruhunun öləziməsi, ölməsidir. Çünki arzusu yerinə gəlmədi bu “Xaric Segah”ın inildəyən ah-naləsində vay-şivən salıb için-için hönkürüb ağlayan binəva Dilqəmin ələmli halıdır ki, yeri göyü lərzəyə salıb yandırıb yaxır Əkrəm çalğısının nisgilli notlarından süzülüb gələn qəm ahəngindən. “Rast” muğamında ana Vətənimizdir bu çalğının adı Əkrəm bəyin ifa tərzində görünən üslubda səslənən əlvan çalarlar. Müjdə verir bu çalğı Qarabağ zəfərini elan edir tar adlı ecazkar cihazın vasitəsi ilə. Xalqın sevincinə qarışır bu ifa. Çünki xalqın sevincini əks etdirir Əkrəm ustadımızın çalğısı. Əkrəm bəyin çalğısının məna məziyyətidir sevincin, xoşbəxtliyin adı. Heç özü də bilmir nə halda olduğunu Əkrəm müəllim. Çünki tarla qaynayıb qarışır, tar Əkrəmə, Əkrəm tara bir məcrada birləşib sehirli səslər dünyasında qeyb olur durna qatarlı melodiyalar uçuşunda fərqli məmləkətlərə səfər edir. İki aşiq-məşuq sevdalı ürəyin birə çevrilməsini qovuşduran sənətdir Əkrəm bəyin çalğısı. “Şahnaz” muğamında möhtəşəmlik əzəmət rəmzidir bu əsrarəngiz pafoslu çalğı. Bizə öyüd, nəsihət verir düz yola, haqq yoluna rəvan edir Əkrəm bəyin fantastik çalğısı tar sənətində. Əkrəm Məmmədli əslində tar çalğısı ilə hər dəfə kəşf olunmamış neçə-neçə dünyəvi mahiyyətli bəşəri bir novatorluğa imza atır. Bir aləmdir ki, Əkrəm Məmmədli adlı ustad sənətkarın zehnindən, düşüncəsindən ruhundan qidalanıb çalğısında bəslənmənin göstərgəsidir. İnsan övladının bu dünyaya gəlib haqq dünyasına yolçuluğunun qəmli dastanıdır, nisgilli hekayətidir, kövrək romanıdır bütün muğamlardakı ifadə olunan əzəmətli mənanın ulu fəlsəfəsində. Bu çalğı doymamazlıq nişanəsidir ki, dinlədikcə hey dnləmək istəyirsən. Bir daha dinşək kəsilmək istərsən dinə-imana gəlmək üçün, insaniləşib əhli-hal olmaq üçün. Tar Əkrəmdən doymadı. Əkrəmdə bəy də tarından heç usanmadı. Tarı çaldıqca çalmaq həvəsi qaynayıb coşub daşdı. Sellənib axdı, könül dünyamızı fərəhlətməklə ram etdi. Bizi özünə əsir-yesir etdi doymadı. Bizi intizarda qoydu. Fəqət çalıb çalğısını bitirmədi ki, bitirmədi. Xilas olmaq mümkünmüdür bu ecazkar ifadan? Əsla! Çünki özü boyda bir dünyanı yaşadır bu çalğı Əkrəm bəyin bədii-texniki ifaçılığının geniş potensial imkanlarında. Tarın dilinin bilicisidir Əkrəm bəy adlı alim, bəstəkar xislətli tarzənimiz. Seyirçilərinin ürəyindən, könlündən keçənləri duyur bu çalğısında yankılanan xalq mahnılarımızın, qədim təsniflərimizin, tarixi mahiyyətli yallılarımızın, ulu rəqslərimizin, dəramədlərimizin, rəng və diringilərimizin ifa prosesində. Nə çaldısa doğru-dürüst çaldı, səliqəli, rəvan çaldı, haqqı-ədaləti çaldı səkkizəbənzər adlı tar olan könül dostunun, qəlb sirdaşınının timsalında. Tarın canı onu mükəmməl səsləndirməyi bacaran Əkrəm Məmmədli adlı kamil, sənət dünyasında püxdələşmiş azman sənətkarın mübarək əllərindədir. Etibarlı əl dedikdə istisnasız Əkrəm müəllim yada düşür. Çünki ömrü boyu dürüst oldu tara, özünə qarşı. Buna görə də etibarlılıq timsalıdır tar üçün Əkrəm müəllim. Xəyanət xəyalına gəlmədi bu azman ustadımızın fikirlərində belə müşahidə edilməz oldu. Doğru-dürüst insanın adıdır tar çalğısında Əkrəm müəllim. Çaldı küsgün, incik qəlbləri aldı, nisgilli könülləri ovutdu tara tarla bağrı-badaş olub qovuşduğu anda. Çalğısı prosesində ruhunu birləşdirdi bir oldu, nur oldu, pir oldu xəyalımızda müqəddəsləşdi. Eşq olsun milli musiqimizi pərdə-pərdə yaşadan, bəyaz, sarı, bəm tellərdə səsləndirən, ecazkar mizrablarla həyat verərək canlandıran, sənətinə sahib çıxan tarzənmizə. Əkrəm müəllim ürək sözlərini heç zaman dilə gətirməz mizrabın telə buluşması zamanı. Fikirlərini izhar edər pünhanca, astaca, pıçıltı ilə. Heçkəsin duymaması üçün. Fəqət bu möhtəşəm ifanı dinləyənlər özləri üçün doğru mətləblər çıxarmağı bacaran tələbkar dinləyicilərdir ki, bu imtahandan hər zaman üzü ağ, alnı açıq çıxır mərdi-mərdanə Əkrəm müəllim. Bu ecazkar ifadan mənalar kəsb edib insani dəyərlərə sahib çıxmağa cəhd edər. Bax bu məziyyətlərdir Əkrəm bəyin ifaçılığımın mənası, mahiyyəti, məğzi, məzmunu, orijinal yeni fikrinin əsası, təməli, bünövrəsi. Rəssamlıqda, heykəltəraşlıqda, bəstəkarlıqda, şairlikdə bir aləmdir Əkrəm bəyin çalğısı. Dinlədikcə rəssam olduğunu xəyal edirsən. Gah heykəltaraşlıq sənətinin sahibi kimi düşünürsən. İlhamından bədahətən zühur edən vurduğu minbir çeşid xallar sayəsində bəstəkarlıq sənətnin sahibi olduğu anaşılır. Bəzən də musiqi cümlələrinin məntiqədayanan ahəngdar qafiyələnməsini duyduğumuz zaman şair olduğunun fərqinə varırsan. Bütün bu sənət aləmindəki fəlsəfi incə mətləbləri bir ifada uğurla, profesional tərzdə qovuşdura bilən ifaçının adıdır Əkrəm Məmmədli. Öz adının sərkərədəsi olduğu ifaçılığın ən baş zirvəsində görünən müqtədir şəxsdir tarzənimiz Əkrəm Məmmədli. Tar sənətində müqəddəslik simvoluna çevrilən ifaçıya Əkrəm Məmmədli demək lazımdır. Bu isim ona çox yaraşır. Bu ifa imkanlarının hər çeşid yönünə sahib olan bilicinin adıdır Əkrəm müəllim. Ərənlərimizin ilhai səsinin, gur nəfəsinin tarda səslənən ecaskar sədasıdır bu şairanə, poetikliyə bələnmiş çalğı. Bu ifada şeir də var, qəzəl də var, nəsr də var duyub anlayanlar üçün hər şey var mətləbi, məzmunu, hikmətli fikirləri ilə birgə. Bu cümlələri bizlərə diktə edib yazdıran ifaçı sənətkara bərəkallah deyirəm. Bizi özümüzdən çıxarıb özgə dünyaya rəvan edən sənətkara əhsən olsun! Azərbaycan torpağının yetirdiyi, ruzgarının üfülədiyi, suynu nuş etdirdiyi, atəşində pişginləşdirdiyi sənətkarı yetirən Azərbaycan yurdu adlı məmləkətin sənətkarına eşq olsun! Çünki Əkrəm bəy çalğısı Azərbaycanımızın millilik ruhunu yaşadan əlifbasıdır, onun bənzərsiz çalğısında təcəli edən orijinal cümlələri ilə bahəm. Türkçülük ruhunu yaşatmaq deməkdir Əkrəm müəllimin çalğısı. Çünkü Türk ellərindən gəlməkdədir səsi-sədası. Yaratdığı neçə-neçə samballı elmi əsərləri (“Azərbaycan muğamları”, “Naxçıvan – Şərur el yallıları” Kənan Məmmədli ilə ortaq, “Tar üçün qamma və oppedçiolar”, “Tar üçün etüdlər”) ilə töhfə etdiyi Türk xalqlarına. Əkrəm bəy, Siz sənəti şərəflə yaşatdınız bir ömür boyu tarının timsalında. Tar da Sizi yaşadacaq tilsimli, ələmli çalğınla, kimsəni yamsılamadığın saf, billur, özünəməxsus çizdiyin ifa manerasına bələnmiş üslub tərzindəki, möhtəşəmlik məqamındakı hikmətinlə dediyin melodik sözlərin ab-havasındakı min bir çeşid ahəngərlə birlikdə. Sağ ol ey böyük ustad! Ulu ərənlərimizin günümüzdə yaşayan ey korifey sənəkar! Sən tar adlı dost-müsahibini yaşatdın, lentə yazdırdığın bənzərsiz çalğıların da əsrlərlə yaşadacaq iftixarımızın mənbəyi, qürurumuzun hədəfi!
Bir diriliş nəfəsidir Əkrəm çalğısı insanı yaşatmaq üçün. İmdaddır, yardımdır möhtac olan dinləyicilər üçün. Bu ifa ilə yetginləşirik, bitkinləşirik, bütövləşirik milli ruhumuza ilham gəlir gecə-gündüz demədən. Sənətin qüdəridir bütün bu keyfiyyətlər Əkrəm müəllim çalğısında. Başdan-başa fəlsəfəylə yoğrulmaqla min bir mahiyyətlə qarışıq. Mənası, məzmunu, anlamı da bu cəhətlərlə özünü biruzə verməkdədir.
Xəyalın ənginliklərə getdiyi an, Əkrəm müəllimin çalğısında gerçəkləşir. Həyatisevərlik bu ifanın dərin qatlarından bizlərə səslənir. Gələcəyə ümid, inam yoludur Əkrəm bəyin çalğısı. Fanatik çalğı dediyimizdə Əkrəm müəllimin adı yada düşür. Çünki əfsanələşmiş çalğının vurğundur. Bu vurğun sənətkarın adına Məcnun da, Fərhad da, Dədə Qorqud, Koroğlu da deyə bilərik. Çünki bu mübarək zatları ehtiva edir Əkrəm bəyin çalğısının fəlsəfəsi. Nə yazsan yenə az, nə desən bəsit, nə düşünsən hələ azlıq edir. Çünki Əkrəm müəllimin ifaçılıq sənəti intəhasızdır, laməkandır, sərhəddi, bəndi-bərəsi heç yoxdur. Ömrü boyu sənətinin qulu köləsi olduğu üçün sənətin şah zirvəsinə aram-aram, səbrlə, təmkinlə pillə-pillə qalxa bilməklə, Haqqın ali dərgahına yüksəlmişdir tar adlı çalğı aləti ilə müştərək Əkrəm Bəy. Bu fikirlər Əkrəm bəy ifaçılığından bizlərə nəql olunan mübarək, orijinal düşüncələrdir ki, xalqımızla paylaşmaq istərdim 80 illik yubiley ərəfəsində. Can sağlığı, sənət dünyasında uğurlar diləmklə, işlərin avand olsun deyirəm Əkrəm müəllim, ey böyük sənətin tarzənçilik dühası. Nə yaxşı ki, Sənin yaşadığın dönəmdəyəm, Sənin mübrək üzünü göməkdə, xoş sözlərini, dərin hikmətə bələnmiş kəlamlarını dinləməkdə, uzaq da da olsam mənən ən yaxınında görünməyə cəhd etməkdəyəm.
80 illiyə rəvan olduğun 2024-cü ildə 100 il yaşayıb mükəmməl tar ifaçılığı sənətində özünəməxsus təqdirəşayan güllərin, minbir çeşit əsrarəngiz ilmələrə tarın tellərində təzahür edən xalların bəstəkarı, instrumental tar çalğısında yeniliklərin müəllifi və peşəkar nümayəndəsi kimi, alim qələmindən çıxan etnumusiqişünaslığımız üçün ərməğan edəcəyiniz maraqlı mövzulardakı əsərlərinlə, bahəm yeni-yeni bəstələrinizlə bizi sevindirəcəyinizə inanaraq Can sağlığı arzulayıram. Tanrımın nəzərində tarınla qoşa yaşayasan, Mikayıl Müşfiqmizin təbirincə “Oxu tar”! Daima tarı oxudasan Əkrəm Bəy! Tarımızın Sizin şəxsinizdə dilləndirilməsinə çox ehtiyac var hələ. Bir əlində tar, digər əlindən qələm, bəstələcəyin musiqilər ürəyindən heç əksik olmasın ustadım! Fəxr edirəm adınla, şərəfinlə-şanınla, qürurlanıram ifaçılığınla, öyünürəm şəxsiyyətinlə “Odlar diyarı”mızın nadidə incisi kimi. Naxçıvan Muxtar Respublikasının Əməkdar İncəsənət Xadimi, folklorşünas, musiqişünas, bir çox dərsliklərin, musiqişünaslıq üzrə elmi kitabların müəllifindən əlavə ən əsası tar sənətinin ustad pedaqoqu, Mirzə Sadıq Əsədoğludan bizlərə miras qalmış 11 simli tarın dilini bilən, ştrixlərdəki sirriləri anlayan, rəngarəng aplikaturalardakı spesifik özəlliklərinə dərindən aşina olan Əkrəm Məmmədli adlı bəstəkarımıza, dirijorumuza, mərhaba deyirəm, salam deyirəm, uğurlar olsun deyirəm. Rəbbim Sizi qorusun ey nəcib insan. İnsanlığın əlası, əsl bəndəliyin xalis simgəsi Məmmədoğlu Əkrəm Bəy. Amin.
Adını Hörmətlə anan, sənətinə səcdə edən Sənətşünaslıq Elmlər Doktoru,
Professor İlqar Cəmiloğlu İmamverdiyev.
AzVision.az