Hava yenə küləkli olacaq

Hava yenə küləkli olacaq
  24 İyun 2014    Oxunub:753
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentidən AzVision.az-a verilən məlumata görə, iyunun 25-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq. Güclü şimal-qərb küləyi axşama dorğu mülayimləşəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 19-24, gündüz 28-33 dərəcə isti olacaq.

İyunun 25-də Azərbaycanın bölgələrində hava gündüz əsasən yağmursuz olacaq. Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, əsasən dağlıq və dağətəyi rayonlarda yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Aran rayonlarında havanın temperaturu gecə 20-24, gündüz 32-37, dağlarda gecə 11-16, gündüz 20-25 dərəcə isti olacaq.




Teqlər:  





Xəbər lenti