DYP sürücülərə müraciət etdi

DYP sürücülərə müraciət etdi
  17 Aprel 2013    Oxunub:1293
Bakı-Sumqayıt yolunda və Bakı şəhərinin bir neçə rayonunda avtomobil sıxlığı müşahidə olunur.
Dəyişkən hava şəraiti ilə əlaqədar olaraq Bakı şəhər və Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib. BDYPİ-dən AzVision.az-a verilən məlumata görə, Bakıda yağan aramsız yağış bəzi küçə və yolları keçilməz edib. Yaxşı olar ki, sürücülər belə hava şəraitində şəxsi avtomobillərdən istifadədən mümkün qədər imtina etsinlər və ictimai nəqliyyatdan istfadəyə üstünlük versinlər.

Belə ki, səhərdən etibarən Bakı-Sumqayıt yolunda, Səbail, Nəsimi, Yasamal, Binəqədi, Nərimanov, Xətai rayonlarında avtomobil sıxlığı müşahidə olunur. Hazırda yol polisi gücləmdirilmiş iş rejimində çalışır.

AzVision.az


Teqlər:  





Xəbər lenti