Erməni Qənirə Paşayevanın əlini öpdü - VİDEO

Erməni Qənirə Paşayevanın əlini öpdü - VİDEO
  17 Aprel 2013    Oxunub:2130
Qənirə Paşayevanın erməni əsilli müğənni ilə səmimi münasibəti türk mediasında da geniş işıqlandırılıb
Türkiyədə “İlin ən yaxşıları”nın seçildiyi mükafatlandırma mərasiminə qatılan milət vəkili Qənirə Paşayeva gözlənilməz situasiya ilə qarşılaşıb. AzVision.az-ın türk saytlarına istinadən verdiyi məlumata görə, tədbirdə mükafat alan erməni əsili müğənni Hayko millət vəkilinin əlini sıxmaq istədiyini bildirib.

Azərbaycan ilə Ermənistan arasında yaşanan problemə toxunaraq Hayko “Amma mən Qənirə xanımın əlini sıxmağa hazıram”-deyib. Müğənni bunu deyərək, Qənirə Paşayevanın oturduğu stola yaxınlaşıb və əlini sıxaraq, öpüb. Bu salonda alqışlarla qarşılanıb.

Beynəlxalq dostluq və sülh mükafatına layiq görülən Qənirə Paşayeva erməni müğənnini təbrik edib: “Biz müharibəni görmüşük, sülhün nə qədər qiymətli olduğunu bilirik. Siz də qiymətini bilin” deyib.




Teqlər:  





Xəbər lenti