Ermənistan azərbaycanlı girovları gizlədir

Ermənistan azərbaycanlı girovları gizlədir
  17 Aprel 2013    Oxunub:705
Ermənistan əsirliyində olan 877 nəfərinin sağ qaldığı ehtimal edilir.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında Dağlıq Qarabağ münaqişəsi zamanı 4033 nəfərin itgin düşdüyünü qeydə alıb.

Onlardan 877 nəfərinin sağ qaldığı ehtimal edilir. Həmin girovlardan 22–i uşaq, 99-u, 133-ü qocalar, qalanları isə hərbiçilər və mülki şəxslərdir. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri Firudin Sadıqov jurnalistlərə açıqlamasında qeyd edib ki, Ermənistan tərəfi itkin düşənlərin öz ərazilərində olması faktlarını bu günə qədər inkar edir:

"Bizdə 50 nəfər adam var idi onlar Ermənistanda saxlanılırdılar. Hətta onlara Beynəlxalq Qızıl Xaç komitəsi baş çəkmişdi və qeydiyyata almışdı. Ondan sonra onlardan 16 nəfərinin meyiti qaytarıldı. 34 nəfər barədə bugünə qədər məlumat ala bilməmişik.Onlar Yeravanda, Xankəndində, Şuşada rəsmi dövlət qurumlarında saxlanılıb. Bəs bunların aqibəti necə oldu?".


Teqlər:  





Xəbər lenti