“Anası ermənidir” – ANS-ə ağır İTTİHAMLAR

“Anası ermənidir” – ANS-ə ağır İTTİHAMLAR
  23 İyun 2014    Oxunub:1803
Qarabağ Azadlıq Təşkilatı (QAT) ANS ÇM radiosunun efirində erməni mahnılarının səsləndirilməsinə yenidən etiraz edib.
AzVision.az-a daxil olan məlumatda QAT-ın yaydığı bəyanatda ANS rəhbərliyinin ünvanına ağır ittihamlar səsləndirilir.

Qeyd edilib ki, QAT ANS ÇM radiosunun efirində erməni mahnılarının təbliğinə diqqəti bir daha cəlb etməyi özünə borc bilir: “ Biz bu məsələ ilə bağlı bir neçə dəfə münasibətimizi bildirdik və gözlədik ki, ANS Şirkətlər Qrupu bu rüsvayçı praktikaya son qoyacaq. Təəssüf ki, gözlədiyimiz kimi olmadı, əksinə ANS ÇM-in aparıcısı Aytən Səfərova həmin verilişi daha böyük “şövqlə” davam etdirir, sanki bütün Azərbaycan xalqına acıq verir.

Digər tərəfdən isə, ANS TV-nin fəaliyyətində cəmiyyətə işğalçı Ermənistan qarşısında təslimçilik əhval-ruhiyyəsinin yeridilməsi meylləri aydın şəkildə hiss olunur. ANS TV-nin efirində daha tez-tez ermənilərlə dialoqun, birgə yaşayışın, dostluğun vacibliyinə dair fikirlər səsləndirilir, döyüş, vətənpərvərlik ruhunun təbliğinə deyil, arsız və insanların mənəviyyatının pozulmasına yönələn verilişlər getdikcə çoxalır”.

Təşkilatın yaydığı məlumata görə, ANS tamamilə dəyişərək simasız və eybəcər, həm də təhlükəli amilə çevrilir: “ Ona görə də dövlətin və cəmiyyətin diqqətini bu məsələyə yönəldirik. ANS-in rəhbərləri Vahid və Seyfulla Mustafayevlər, Mirşahin Ağayev, mərhum Çingiz Mustafayevin Azərbaycan xalqı qarşısında əvəzsiz xidmətləri var. Bunu heş kəs dana bilməz. Bizə də münasibətləri həmişə müsbət olub, informasiya dəstəyi veriblər və indi də verirlər. Lakin yaranmış təhlükəli vəziyyət şəxsi münasibətləri, qrup maraqlarını arxa plana keçirir. Yaranmış təhlükəli vəziyyət isə ondan ibarətdir ki, ANS erməni təbliğatının ruporuna çevrilir, kənardan gözəgörünməyən əl tərəfindən idarə olunduğu təsəvvürü yaranır”.

Daha sonra isə Qarabağ Azadlıq Təşkilatı ANS prezidentinin media üzrə müşaviri Mais Məmmədov haqqında ciddi ittihamlar səsləndirib:

“Bu prosesin ANS-in “xaç atası” Mais Məmmədovla bağlı olduğu haqda ciddi şübhələrimiz var. Mais Məmmədovun anası erməni idi, bacısı Şövkət Məmədova isə erməni Artyom Qriqoryantsa ərə getmişdi. Ər-arvad hər ikisi Texniki Universitetdə (o vaxtını Politexnik İnstitutda) işləyirdilər. Artyon Qriqoryants antitürk, antiislam, daşnak, şovinist mövqeli birisi idi. Hadisələr başlayanda, 90-ci illərin əvvəlində ailəlikcə Ermənistana gediblər, Şövkət Məmmədovanı ermənilər geri qaytarmışdılar. Qriqoryants özü və oğlanları 90-ci illərdə Ermənistanın antiazərbaycan siyasətində çox fəal idilər. Anası erməni olan Mais Məmmədova İrəvandakı bacısı uşaqları tərəfindən təsir edilə biləcəyi imkanları heç kəsdə şübhə doğurmamalıdır. Efirdə erməni mahnılarının və digər zərərli məqamların təbliği ilə məşğul olan Aytən Səfərovanın da anasının erməni olduğu deyilir”.

QAT MTRŞ və hüquq-mühafizə orqanlarından ANS-lə bağlı araşdırma aparılmasını tələb edib: “Biz narahatlıq doğuran bu məsələləri Azərbaycan dövləti və cəmiyyətinin nəzərəinə çatdırır və hesab edirik ki, ölkənin aparıcı teleradio qurumlarından birinin erməni lobbisinin təsiri altına düşməsinə, təbliğat alətinə çevrilməsinə yol vermək olmaz. Ona görə də hüquq-mühafizə orqanları, həmçinin Milli Teleradio Şurası təcili olaraq araşdırmalar aparmalı, təhlükəli proseslərin qarşısını almalı və ANS-in həmişəki kimi xalqa və dövlətə xidmətini davam etdirməsinə nail olmalıdır”.

AzVision.az


Teqlər:  





Xəbər lenti