Bayrağın cırılmasına YAP-dan reaksiya

Bayrağın cırılmasına YAP-dan reaksiya
  23 İyun 2014    Oxunub:774
Ötən gün Bakıda güclü küləyin əsməsi nəticəsində Dövlət Bayrağı Meydanında dalğalanan üçrəngli Azərbaycan bayrağının cırılması sosial şəbəkələrdə günün müzakirə mövzusuna çevrilmişdi. Həmişəki kimi müxalifət təmsilçiləri yenə öz ampuluasında idilər.
Təbiət hadisəsinə siyasi don geyindirən müxalifət yetkililəri sosial şəbəkələrdə ardıarası kəsilməz statuslar yazır, Bayrağın cırımasından siyasi divident qazanmağa çalışırdılar.

AzVision.az-ın məlumatına görə, hakim Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, deputat Aydın Mirzəzadə məsələyə münasibət bildirib.

“İndi xəbər saytlarında oxudum ki, Bakıda səhərdən əsən güclü külək Dövlət Bayrağı Meydanında dalğalanan üçrəngli Azərbaycan bayrağını cırıb. Külək və ya digər təbiət hadisəsi bayrağımızın parçasını zədələyə, hətta endirə bilər.

Ancaq o bayrağımızı endirə bilməz, çünki o hər bir azərbaycanılının qəlbindədir. O düşüncəmizdə, əməlimizdə, fəaliyyətimizdədir.

Bayrağımız enə bilməz, ona zədə dəyə bilməz, onun zəmanətçisi Dövlətimiz, Prezidentimiz, hər birimizik”.

AzVision.az


Teqlər:





Xəbər lenti