Bakıda güclü külək əsir

Bakıda güclü külək əsir
  23 İyun 2014    Oxunub:1014
Ötən gün axşam saatlarından başlayaraq paytaxt Bakıda güclü külək müşahidə olunur.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, bu gün Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Temperatur gecə 18-23° isti, gündüz 24-29° isti, Bakıda gecə 20-22° isti, gündüz 26-28° isti olacaq.

Atmosfer təzyiqi 758 mm civə sütunu, nisbi rütubət gecə 70-80 faiz, gündüz 40-50 faiz təşkil edəcək.

Dəniz suyunun temperaturu Abşeron çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 22-23° isti, Zağulba, Mərdəkan, Şüvəlan, Buzovnada 23-24° isti, Türkan, Hövsan, Şıx, Sahildə 23-24° isti təşkil edəcək.

Azərbaycan rayonlarında əsasən gecə və axşam saatlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı, dolu düşəcəyi ehtimalı vardır. Dağlarda gecə 14-18° isti, gündüz 20-25° isti olacağı gözlənilir.

AzVision.az


Teqlər:  





Xəbər lenti