Bakı küləyə əsir oldu - FOTO

Bakı küləyə əsir oldu - FOTO
  22 İyun 2014    Oxunub:889
Bakıda müşahidə olunan şiddətli külək insanların həyatı üçün təhlükəli vəziyyət yaradıb.
AzVision.az xəbər verir ki, Hövsan qəsəbəsində yaşayan sakinlərin ANS PRESS-ə verdikləri məlumata görə, şiddətli külək artıq qəsəbədəki ağacların bir neçəsini sındırıb.

Hazırda qəsəbədə olan binaların qarşısındakı iri gövdəli ağacların uçması və budaqlarının sınması sakinlərin təhlükəsizliyini şübhə altına salıb. Sakinlərin bildirdiklərinə görə, hadisə ilə bağlı müvafiq qurumlara məlumat verilib. Amma hələ ki onların şikayətinə baxan tapılmayıb.

Hazırda Bakı şəhərinin mərkəzində də şiddətli külək əsir. Külək gecə saatlarından əsməyə başlayıb. Hava şəraitinin belə keçməsi fəsadların artacağınadan xəbər verir. Güclü külək daha çox Yasamal və Səbail rayonlarının ərazisində müşahidə olunur

Qeyd edək ki, Bakıda və Abşeron yarımadasında bu gün havanın dəyişkən buludlu olacaq, arabir tutulacaq. Güclü şimal-qərb küləyi əsəcək.
Havanın temperaturunun gecə 18-23, gündüz 25-30 dərəcə isti olacağı gözlənilir.Atmosfer təzyiqi 753 mm civə sütunundan 758 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80, gündüz 40-50 faiz təşkil edəcək.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 23-24, Zağulba, Mərdəkan, Şüvəlan, Buzovnada 24-25, Türkan, Hövsan, Şıx, Sahildə 25-26 dərəcə isti təşkil edəcək.






Teqlər:  





Xəbər lenti