DİN 40 nəfəri həbs etdi

DİN 40 nəfəri həbs etdi
  20 İyun 2014    Oxunub:900
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 69 cinayət faktı qeydə alınıb, onların da 32-si “isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyindən AzVision.az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 20 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 7 nəfər yaralanıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 16 fakt müəyyən edilib.

Cinayət törətdiklərinə görə 40 nəfər tutulub.

AzVision.az


Teqlər:





Xəbər lenti