Saakaşviliyə sui-qəsd hazırlanır

Saakaşviliyə sui-qəsd hazırlanır
  16 Aprel 2013    Oxunub:1235
Gürcüstan prezidentinə sui-qəsd hazırlanır. Bu barədə keçirdiyi mətbuat konfransında Qafqaz xalqları konfederasiyasının sədri Zaal Kasrelişvili məlumat verib.
“Bir neçə gün öncə Saakaşvilinin Türkiyə səfəri zamanı biabırçı bir insident yaşandı. Qəzadan sonra prezidentin sərxoş olduğunu deyənlər də oldu, insidentin qəsdən hazırlandığını da. Biz bu insidenti araşdırmaq fikrində deyilik, sadəcə, Gürcüstan hökumətini və müxalifəti xəbərdar etmək istəyirik ki, Saakaşviliyə sui-qəsd hazırlanır. Bunun nə zaman, harada, necə baş verəcəyi isə məlum deyil”, - deyə Kasrelişvili bildirib.

Onun sözlərinə görə, Saakaşviliyə üç tərəfdən təhlükə gözlənilir. Birinci tərəf - Milli Hərəkatın liderləri, xüsusilə Merabişvili-Uqulava cütlüyü, ikinci tərəf - Saakaşvilinin keçmiş həmkarları, çünki onlar Mişanın Şevarnaadze kimi susub oturacağını düşünmürlər, üçüncü tərəf isə prezidentin xüsusi aqressiya nümayiş etdirdiyi ölkələrdir.


Teqlər:  





Xəbər lenti