Ziya Məmmədov Tovuzda

Ziya Məmmədov Tovuzda
  19 İyun 2014    Oxunub:1030
Vətəndaşların müraciətlərinə baxılması, nəqliyyat sahəsindəki mövcud problemlərinin araşdırılması və həll edilməsi məqsədilə nəqliyyat naziri Ziya Məmmədov iyunun 23-də Tovuz şəhərində Qazax, Ağstafa və Tovuz rayonlarından olan vətəndaşları qəbul edəcək.
Nazirlikdən AzVision.az-a verilən məlumatda bildiriblər ki, qəbulda iştirak etmək istəyən vətəndaşların qeydiyyatı iyunun 20-də saat 9-dan 18-dək 25 saylı yol istismarı idarəsində (Tovuz rayonu, Abulbəyli kəndi), 26 saylı yol istismarı idarəsində (Ağstafa şəhəri, 33-cü məhəllə) və 27 saylı yol istismarı idarəsində (Qazax şəhəri, N.Nərimanov küçəsi, 117) aparılacaq.


Teqlər:





Xəbər lenti