“Yüksək vəzifəli məmurlara qarşı gizli metodlardan istifadə edirik”

“Yüksək vəzifəli məmurlara qarşı gizli metodlardan istifadə edirik”
  16 Aprel 2013    Oxunub:2644
AzVision.az saytının ikinci qonağı, Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı mübarizə İdarəsinin rəisi Kamran Əliyev oxucularımızın suallarına cavab verir.
Ceyran:
- Korrupsiyaya qarşı mübarizədə hansı tədbirlər daha effektivdir - preventiv, yoxsa institusional?



- Hesab edirəm ki, hər ikisi çox vacib tədbirlərdir - həm preventiv, həm də institusional.
Bildirmək istərdim ki, preventiv tədbirlər varsa, onlar elə institusional tədbirlərə aiddir. Yəni, preventiv tədbirlərin bəziləri institusional tədbirlərin tərkib hissəsi kimi çıxış edə bilər. Başqa sözlə desək, bəzi institusional tədbirlər preventiv əhəmiyyət kəsb edə bilərlər.
Adətən biz, korrupsiyaya qarşı mübarizə sahəsində tədbirləri cinayət təqibi, preventiv və institusional tədbirlərə bölürük. Səmərəlilik baxımından bunların hamısı bir yerdə olduqda, həmin tədbirlər daha effektiv ola bilər. Məsələn, biz institusional tədbirləri həyata keçirmədən digər tədbirləri həyata keçirsək, onun kifayət qədər effekti olmaz. Və ya əksinə, biz daha çox cinayət təqibi tədbirləri və ya preventiv tədbirləri tətbiq etsək, institusional tədbirlərə diqqət yertirməsək, bunun da kifayət qədər səmərəsi olmaz. Ona görə də, bu tədbirlərin birlikdə, sistemli qaydada həyata keçirilməsi daha səmərəli olar.


Şəbnəm:
- Azərbaycanda korrupsiyaya qarşı mübarizə tədbirləri nə vaxtdan başlayacaq? Gözləməkdən yorulduq...
Elnur:
- Doğum evinden qəbr evinə qədər davam edən rüşvətin kökünü həqiqi mənada nə vaxt kəsmək istəyəcəksiniz? Bəyəm siz doğum evlərində, xəstəxanalarımızda, bağçalarda, məktəblərdə, ali təhsil müəssisələrində dövlət orqanlarına işəgötürmədə, YPX-da, PPX-da , bələdiyyələrdə, icra hakimiyyətlərində, gömrük və vergi orqanlarında olan rüşvəti görmürsünüz? Nə üçün kütləvi surətdə cəza tədbirləri görülmür?..



- Azərbaycanda korrupsiyaya qarşı mübarizə daim olub və biz bunu dəfələrlə qeyd etmişik ki, 2003-cü ildən biz Avropa Şurasına, BMT konvensiyasına qoşulduqdan sonra bu istiqamətdə ölkə rəhbərliyinin siyasi kursuna uyğun olaraq mübarizə aparılıb və həmin mübarizə ilbəil daha da gücləndirilib.
Dəfələrlə qeyd etmişəm və indi də qeyd etmək istərdim ki, bu mübarizəni qanun, metod və vasitələrlə aparırıq. Açığını deyim ki, “kütləvi” ifadəsini işlətməkdən xoşum gəlmir, biz hər bir korrupsiya cinayətinə fərdi yanaşırıq. Və hər bir şəxs, o cümlədən, vəzifəli şəxslər də korrupsiya əməlinə görə məsuliyyətə cəlb ediləndə onlar öz konkret əməllərinə, hərəkətlərinə görə məsuliyyət daşıyırlar.
Biz bu mübarizəni sistemli şəildə - yəni, cəmiyyətin bütün sahələrini, bütün təbəqələrini, müxtəlif səviyyələri əhatə etməklə aparırıq.
Hesab edirəm ki, görülən işlər barədə mətbuatda vətəndaşların məlumatlandırılması məsələsinə biz daha çox diqqət yetirməliyik. Çünki bəzən vətəndaşlarla görüşlər zamanı daxil olan məlumatlar əsasında bizə məlum olur ki, həyata keçirdiyimiz tədbirlər barədə vətəndaşlar kifayət qədər məlumatlı deyil. Bu məlumatsızlıq da belə sualların yaranmasına gətirib çıxarır.


Elçin:

- Kamran müəllim, bu rubrikada iştirakınız üçün təşəkkürlər! Təhsil və səhiyyə sahəsindəki korrupsiya cəmiyyəti ən çox narahat edən sahələrdəndir. Bilmək istərdim, sizin idarə tərəfindən bu sahələrdəki korrupsiya hallarının ifşası üçün hansı tədbirlər görülür?



-Təhsil və səhiyyə vətəndaşları ən çox narahat edən və onların gündəlik rastlaşdığı problemlərdir. Ona görə də, bu sahələr çox həssas sahələrdir. Biz də fəaliyyətimizdə daim bu məsələlərə diqqət yetiririk.
Rəhbərlik etdiyimiz idarəyə daxil olan ərizələr, müraciətlər əsasən təhsil, səhiyyə və digər sahələrdə vətəndaşların gündəlik rastlaşdığı problemlərlə bağlı olur. 2012-ci ilin yekunlarına dair hesabat verəndə məlum oldu ki, Korrupsiyaya qarşı mübarizə İdarəsi tərəfindən istintaq olunmuş və məhkəməyə göndərilmiş işlərin arasında təhsil sahəsindəki cinayətlər ən çox istintaq olunmuş cinayətlər olub. Bu da onu göstərir ki, təhsil sahəsində belə faktlar çox olur və biz buna qarşı mübarizə aparırıq.


Etibar:

- Niyə korrupsiya ilə mübarizədə ancaq xırda məmurlar tutulur?

Fətiş:

- Kamran müəllim, nəyə görə Sizin idarə tərəfindən yalnız korrupsiya fəaliyyətinin icraçıları (Fətiş kişi kimilər) məsuliyyətə cəlb edilir? İnanmıram ki, Sizin kimi savadlı istintaqçılar sifarişçilərə gedib çıxa bilməsinlər...



-Əvvəla onu qeyd etmək istərdim ki, xırda məmur termini kifayət qədər yerində olan termin ola bilsin deyil.

Yəni, məmur məmurdur. Vətəndaşlar gündəlik fəaliyyətində gömrük, vergi və s. sahələrində çalışan məmurlarla rastlaşır.

Amma ola bilsin ki, həmin məmur yüksək səviyyəli məmur deyil. Yüksək səviyyəli məmur idarəçiliklə məşğul olan məmurdur.

Xırda məmur bu anlamda işlənir. Vətəndaşlar təsnifatına görə, aşağı təsnifatda olan məmurlarla rastlaşır və onlardan da şikayət çox olur. Və həmin məmurların məsuliyyətə cəlb edilməsi halları çox olur.

Və korrupsiya cinayətləri lokal cinayətlərdir. Daha yüksək vəzifə tutan məmurlara qarşı bir qayda olaraq biz gizli metodlardan üsul, vasitələrdən istifadə etməklə biz onu ifşa edə bilirik.

Təbii ki, məmurun ifşa edilməsində müəyyən çətinliklər, problemlər yaranır. Biz təbii ki, çalışırıq ki, aşağı vəzifəli məmur cinayətə cəlb olunanda, həmin cinayətin törədilməsində iştirak edən digər vəzifəli məmurların da məsuliyyətə cəlb olunmasını təmin edək.

Mən deməzdim ki, yalnız “xırda” məmurlar istintaqa cəlb olunur. Bizim statistikaya nəzər salsanız, kifayət qədər yüksək vəzifəli məmurlar da cinayət məsuliyyətinə cəlb olunur və onların barəsində məhkəmə hökmləri mövcuddur.


Şəmkir:

- Nəyə görə sizin idarə tərəfindən aparılan cinayət işlərinin sayı ölkədəki korrupsiya hallarının səviyyəsinə baxanda çox azdır?


-Korrupsiya cinayətləri latent cinayətlərdir. Vətəndaşlar bizə müraciət edirlər ki, hansı ki, vətəndaş rüşvət verməyə razı olmur və bizə müraciət edir. Amma bir çox hallar da var ki, həm rüşvət verən vermək istəyir, həm alan almaq istəyir. Sövdələşmə var və təbii ki, bu barədə bizə məlumat daxil olmur .

Və bu da latent xarakterli cinayətlərdir. Belə olan halda, tək bizim ölkədə deyil, istənilən ölkənin hüquq-mühafizə təcrübəsində korrupsiya cinayətləri latent cinayətlərdir. Bu sualın cavabını burda axtarmaq lazımdır.


Moşu:

- Kamran müəllim, necə düşünürsünüz, bu gün Sizin idarə effektlidir, yoxsa Cənubi Koreyada, Sinqapurda olduğu kimi dövlət başçısının nəzarətində olması daha məqsədəmüvafiq olardı?


-Rəhbərlik etdiyim qurum, bildiyiniz kimi ölkə başçısı , cənab İlham Əliyevin müvafiq siyasi idarəsinə uyğun olaraq, məhz elə onun imzaladığı sərəncamla 2004-cü ilin mart ayının 3-də yaradılmışdır.

Və ildən-ilə bu idarə özfəaliyyət qabiliyyətini, gücünü artırır. Və 2011-ci ildə yenidən islahatlar oldu bu idarənən bağlı və idarəyə yeni əməliyyat axtarış fəaliyyətlərini həyata keçirmək səlahiyətti verildi vəs. Daim bu idarənin fəaliyyəti təkmilləşdirilməkdədir.
Biz qabaqcıl ölkələrin təcrübəsini də öyrənirik. O, cümlədən Sinqapurun, Cənubi Koreyanın, Honkonqun, Malayziyanın. Ümumiyyətlə bir çox Avropa ölkələrinin təcrübəsini biz öyrənirik. Və bu idarənin fəaliyətini təkmilləşdiririk.

Mən indi Koreyanan, Sinqapurnan və s. ölkələrnən müqayisə etmək istəməzdim. Bir faktı qeyd etmək istərdim ki, İqtisadi İnkişaf Əməkdaşlıq Təşkilatı tərəfindən Baş Prokuroru yanında Korrupsiyaya qarşı mübarizə İdarəsi digər keçmiş sovet ölkələri və Şərqi Avropa üçün bir nümunə kimi təqdim edilib.

Həmçinin, Prokurorluğun tərkibində olması ilə kifayət qədər geniş səlahiyyətlər verilmişdir bu orqana ki, bundan da biz istifadə etməklə fəaliyyətimizi daha səmərəli edirik.

Və ümumiyyətlə bizim rəhbərlik etdiyimiz idarə də, Baş Prokurora tabe olmaqla əlbəttə ki, ölkənin prezidentinə tabe olan bir qurumdur. Əsas bu qurumun fəaliyyətinin düzgün təşkil olunmasından söhbət gedir ve hesab edirəm ki, bizdə mövcuddur.


Vətəndaş:

- Adi vətəndaş bildiyi korrupsiya faktları ilə bağlı sizə müraciət etsə, tədbir görürsünüzmü?..

Məleykə:

- Sizinlə necə əlaqə saxlaya biləreə? Necə qəbulunuza yazıla bilərəm? Bu, çox vacibdir...



-Hər bir Azərbaycan vətəndaşı müraciət edə bilər. Mənim adıma rəsmi ərizə ilə müraciət edə bilər. Yəni Baş Prokurorun adına rəsmi formada müraciət edə bilər korrupsiya halları ilə bağlı və o da bu idarəyə həvalə oluna bilər.
Və ən asan yolu 161 əlaqə nömrəli qaynar xətt mərkəzidir. İstənilən mobil telefondan, şəhər telefonundan Azərbaycan Respublikasının hüdudlarında 161 üç nömrəlini yığmaqla qaynar xətt əlaqə mərkəzinə zəng vurub məlumat verin. Əgər qəbula ehtiyac varsa, qəbulnan da bağlı gələ bilərlər.

Məleykə xanımın qəbulu ilə bağlı, yaxşı olardı ki, biz bilək bu hansı məsələnən bağlıdır. Amma hər halda, qəbula ehtiyac varsa, 161 qaynar xətt mərkəzinə zəng oluna bilər, və yaxud da başqa bir telefon 4493902


Emin:

-Hörmətli Kamran müəllim,rəhbərlik etdiyiniz idarədə əməliyyatçı vəzifələrində işə qəbul nəzərdə tutulubmu?Bu vəzifələrdə işləmək arzusundayam.Bununla bagli müraciət edə bilərəmmi?


Heydər:

- Kamran müəllim, Sizin idarə və məşğul olduğunuz sahə bir hüquqşünas kimi mənim ən çox marağında olduğum sahədir. Bilmək istərdim belə bir imkana sahib olmaq üçün nə etmək lazımdır? Sizin idarədə işə qəbul hansı formada həyata keçirilir və iş təcrübəsi tələb edilirmi?


-İşə qəbul edən Baş Prokurordur və qəbul Baş Prokurorluq tərəfindən həyata keçirilir. Baş Prokurorun adına rəsmi ərizə forması ilə müraciət edə bilər. Baş Prokurorluğun Kadrlar idarəsi var və idarə tərəfindən bütün bu məsələlər öyrənilir, və işə qəbul şərtlərində cavab uyğundursa, belə olan halda qəbul həyata keçirilir.

-Bildiyiniz kimi, Prokurorluğa qəbul test vasitəsi ilə həyata keçirilir. Və hər il elan edilir. Bizim Baş Prokuroru yanında Korrupsiyaya qarşı mübarizə İdarəsində əməliyyat işçiləri də prokurorluğun işçiləri hesab olunurlar. Ona görə də, onların qəbulu test vasitəsilə həyata keçirilir.
Onu da qeyd etmək istərdim ki, ali hüquq təhsili haqqında, prokurorluq haqqında qanuna görə, əməliyyat işlərinə ali hüquq təhsili olan şəxslər qəbul oluna bilərlər. Yəni, onlar müvəffəqiyyətlə test imtahanı versələr, sonra yazılı imtahan verilir, şifahi söhbətdən keçdikdən sonra, onların öz biliklərinə, bacarıqlarına/, qabiliyyətlərinə, savadlarına uyğun olaraq işlə təmin edilə bilərlər. O cümlədən əməliyyat işinə.


Ardı burada


Teqlər:  





Xəbər lenti