Naməlum kişi meyiti tapılıb

Naməlum kişi meyiti tapılıb
  16 Aprel 2013    Oxunub:1148
Azərbaycanın Qaradağ rayonunda naməlum kişi meyiti aşkarlanıb.
Qaradağ Rayon Prokurorluğundan AzVision.az-a verilən məlumata görə, 16 aprel 2013-cü il tarixdə saat 01-30 radələrində Qaradağ rayonu, Müşviq qəsəbəsində yerləşən Qaçqınlar üçün nəzərdə tutulmuş Yeni Yaşayış kompleksin ərazisində yerləşən 400 kv-lıq Transfarmator məntəqəsində ayaqları və bədəninin əksər hissəsi T/M-nin içərisində, başı, yuxarı ətrafları çöldə olan 45-50 yaş həddində elektrik cərəyanı nəticəsində ölmüş naməlum kişi meyiti aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.


Teqlər:





Xəbər lenti