500 əcnəbi qaydaları pozub

500 əcnəbi qaydaları pozub
  16 Aprel 2013    Oxunub:1326
Ötən həftə ərzində olduğu yer üzrə qeydiyyatla bağlı 9746 nəfər əcnəbinin müraciəti qeydə alınıb
Ötən həftə 564 əcnəbi və vətəndaşlığı olmayan şəxs Azərbaycan Respublikasında olma, habelə müvəqqəti və daimi yaşama qaydalarına əməl etmədən inzibati qanunvericiliyin tələblərini pozub.

Dövlət Miqrasiya Xidmətinin mətbuat xidmətindən verilən məlumata görə, aprelin 8-dən 12-ə qədər Bakı şəhərində, həmçinin Azərbaycanın digər şəhər və rayonlarında keçirilən tədbirlər və aparılan araşdırmalar nəticəsində 564 əcnəbi və vətəndaşlığı olmayan şəxs tərəfindən Azərbaycan Respublikasında olma, habelə müvəqqəti və daimi yaşama qaydalarına əməl etmədən inzibati qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilib, onlardan 71 nəfərə cərimə tətbiq edilməklə ölkə ərazisində yaşamaları leqallaşdırılıb.

Bundan başqa, 468 əcnəbi barəsində Azərbaycan Respublikası ərazisini 48 saat ərzində tərk etmə, 21 əcnəbinin isə inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılmaları barədə qərarlar qəbul edilib.

Həmçinin 4 nəfər əcnəbinin Azərbaycan Respublikası ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün əsas verən, onlara aid olan itirilmiş sənədləri yenisi ilə əvəz olunub.

AzVision.az


Teqlər:





Xəbər lenti