Merkel istefa verəcək
Blome Merkelin istefa verəcəyini yazır. Məsələ ilə bağlı siyasi hadisələri təhlil edir. Kitabda Merkelin rəhbərlik etdiyi Xristian Demokrat İttifaqının üzvləri barədə məlumatlar , eləcə də kanslerin özünün fikirləri yer alıb.
Blomenin sözlərinə görə Merkel deyib ki, “10 il hökumətə rəhbərlik etmək onun üçün kifayətdir və o, 60 yaşında, 2015-ci ilin payızında”, istefa etməyi planlaşdırıb.
Kitabda həmçinin Merkelin özündən əvvəlki, kanslerlər barədə fikirləri də yer alıb. Belə ki, Angela Merkel kansler postunun 1982-1998-ci illərdəki sahibi Helmut Kolun 1198-ci ildə yenidən namizədliyini irəli sürmək qərarının yanlış olduğunu bildirir. O zaman onun Xristian Demokrat İttifaqı bundestaqa seçkiləri uduzdu. Odur ki, Merkel onun səhvlərini təkrar etmək istəmir.
Səbinə Həsənova
AzVision.az