ANS-in politoloq gözəli – FOTOSESSİYA

ANS-in politoloq gözəli – FOTOSESSİYA
  15 Aprel 2013    Oxunub:7989
AzVision.az saytı unikal və maraqlı bir layihə təqdim edir – biz sizi Azərbaycan jurnalistikasının ən gözəl xanımları ilə tanış edirik. Gözəl olan onların təkcə qələmləri deyil!
İyirmi birinci qonağımız ANS TV-nin xəbər aparıcısı Rita Ömərovadır.

Ömərova Rita Kamal qızı 1983-cü ilin martın 4-də Gurcüstan Respublikasında anadan olub. 2000-ci ildə Xətai rayonundakı 257 saylı orta məktəbi bitirib. Elə həmin ildə Bakı Dövlət Universitetinin Politologiya fakültəsinə daxil olub. Bakalavr pilləsini bitirdikdən sonra 2004-cü ildə magistraturaya, 2006-cı ildə aspiranturaya qəbul olunub.

- Uşaqlıqdan həmişə jurnalist olmaq istəmişəm,- deyir Rita,- Jurnalist kimi ilk fəaliyyətimə 2005-ci ildə “İmpuls” qəzetindən başladim. 2007-ci ildə isə ANS TV və ABŞ-ın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə Amerika–Azərbaycan Jurnalistika Akademiyasına daxil oldum. Elə həmin ildən də ANS TV-nin “Xəbərçi” verilişində işləyirəm.

Qalereya




Teqlər:  





Xəbər lenti