İmtahan nəticələri açıqlandı

  15 İyun 2014    Oxunub : 470
İmtahan nəticələri açıqlandı
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 13-də Naxçıvan Muxtar Respublikasında, həmçinin Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad, Biləsuvar, Şirvan, Hacıqabul, İmişli, Saatlı, Sabirabad, Salyan, Neftçala, Füzuli, Beyləqan və Xocavənd rayonlarında orta ümumtəhsil müəssisələrinin 9 və 11-ci sinif şagirdləri üçün keçirdiyi buraxılış imtahanlarının nəticələrini açıqlayıb.
AzVision.az xəbər verir ki, nəticələr iyun ayının 15-də saat 13:00-dan etibarən TQDK-nın internet saytında yerləşdirilib.

İmtahanlarda iştirak etmiş hər bir şagird test tapşırıqlarına verdiyi düzgün və səhv cavablar haqqında məlumatı Komissiyanın internet saytı ilə yanaşı Azercell, Bakcell və Nar Mobile nömrələrindən mobil telefonla şagird kodunu 7727 nömrəsinə göndərməklə öyrənə bilər.

İyun ayının 13-də tam orta təhsil bazasında (11 illik ) keçirilmiş buraxılış imtahanında Ana dili və riyaziyyat fənlərinin hər biri üzrə ayrılıqda test tapşırıqlarına verdiyi düzgün cavablarının sayı 8-dən az olmayan şagirdlər müvəffəq qiymət alırlar.

TQDK həmçinin iyunun 13-də Naxçıvan Muxtar Respublikasında, həmçinin Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad, Biləsuvar, Şirvan, Hacıqabul, İmişli, Saatlı, Sabirabad, Salyan, Neftçala, Füzuli, BeyləqanXocavənd rayonlarında orta ümumtəhsil müəssisələrinin 9 və 11-ci sinif şagirdləri üçün keçirdiyi buraxılış imtahanlarının nəticələrini də açıqlayıb.

Nəticələri iyun ayının 15-də saat 13:00-dan etibarən TQDK-nın internet saytında yerləşdirilib.

İmtahanlarda iştirak etmiş hər bir şagird test tapşırıqlarına verdiyi düzgün və səhv cavablar haqqında məlumatı Komissiyanın internet saytı ilə yanaşı Azercell, Bakcell və Nar Mobile nömrələrindən mobil telefonla şagird kodunu 7727 nömrəsinə göndərməklə öyrənə bilər.

İyun ayının 13-də ümumi orta təhsil bazasında (9 illik ) keçirilmiş buraxılış imtahanında Ana dili və riyaziyyat fənlərinin hər biri üzrə ayrılıqda test tapşırıqlarına verdiyi düzgün cavablarının sayı 8-dən az olmayan şagirdlər müvəffəq qiymət alırlar.

Teqlər: