Zabitlər bayram edir

Zabitlər bayram edir
  13 İyun 2014    Oxunub:1095
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən 15 İyun - Milli Qurtuluş gününün qeyd edilməsi ilə əlaqədar silsilə bayram tədbirlərinə start verilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, əlahiddə Ümumqoşun Ordusu, birlik, birləşmə, Hərbi Hava və Hərbi Dəniz Qüvvələrində, xüsusi təyinatlı təhsil müəssisələrində, hərbi hissə və qarnizon (Bakı, Gəncə, Lənkəran və Naxçıvan) zabitlər evlərində təntənəli mərasimlər keçirilir.

Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyi, Milli Qəhrəmanlar və Silahlı Qüvvələrin Mahnı və Rəqs Ansamblının üzvlərindən ibarət qrup Müdafiə Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə iştirak etmək üçün cəbhə bölgəsində yerləşən hərbi hissələrdə səfərdədir.

Silsilə bayram tədbirləri iyunun 15-dək davam edəcək.


Teqlər:





Xəbər lenti